Deputatin "bolge texellusleri yigisdirilsin" teklifine senetcilerden REAKSİYA

2 May 2017 20:06 – xeber –
Olkem.az xeber verir ki, ölkə.az saytı millət vəkili Fazil Mustafanın sənətçilərin bölgələri özlərinə təxəllüs götürməsiylə bağlı fikrinə sənət adamlarının münasibətini öyrənib.
Qeyd edək ki, deputat bölgələrin təxəllüs kimi götürülməsinə qarşı olduğunu söyləmişdi:
"Əlimdə imkan olsaydı, bir çox peşə sahiblərinə, ələlxüsus da müğənnilərə, şou-təqdimatçılarına təxəllüs olaraq hansısa bölgənin adını götürməyi yasaqlayardım. Deyərdim ki, öz soyadın varsa, atanın adı varsa, yaxud da hansısa duyğuları özündə ifadə edən adlar varsa, buyurub götürün, ancaq bu bölgə adından bir az uzaq durun. İşdir, əgər bunsuz keçinmək ölüm-dirim məsələsidirsə, o zaman davranışlarınızda daha ciddi, təmkinli, ədəbli olmağa xüsusi diqqət yetirin".
Müğənni Şəbnəm Tovuzlu deputatın təklifinə normal yanaşsa da, onu dəstəkləmir:
"Məni bəzən Əsədova kimi də təqdim edirlər. Ancaq deputatın təklifinə normal yanaşıram. Bu mənada dəstəkləmirəm ki, əvvəldən Şəbnəm Tovuzlu kimi tanınmışam. Əsədova yazanda bir az çaş-baş düşürlər. Şükür Allaha, hər şey normaldır, davranışlarımda bölgəmin adına ləkə gətirəcək hərəkət yoxdur. Şou biznesdə olanların çoxundan yaxşı abır-həyamız var. Sadəcə, gözləri götürmür deyə, "dışlamaq" istəyirlər. O da alınmır. Şükür Allaha, ailəm, uşağım öz yerindədir. Mənimlə rəqabət aparanlar sonda özləri uduzurlar". 
Tanınmış müğənni və eyni zamanda qarmon ifaçısı Hüseyn Bakılı isə bildirib ki, belə bir qərar qəbul edilərsə, təxəllüsündən imtina edə bilər:

"Bu mövzuda geniş danışmaq istərdim. Bakılı olmağımla fəxr edirəm və ona görə də bu təxəllüsü götürmüşəm. Əgər bu təxəllüslər ümumi yığışdırılarsa, mən də imtina edə bilərəm. Mənə qədər də bir çox ləqəblər götürülüb. Xan Şuşinski, Dəmir Gədəbəyli, Aydın Qaradağlı kimi sənətkarlarımız olub. Bu məsələ Milli Məclisdə qaldırılsa, hamı yığışdırsa, mən də yığışdıraram. Rəsmi soyadım Həsənovdur. Hər kəs öz doğulduğu yerlə fəxr etməlidir. Bu, mənim Bakıya olan hörmətimin göstəricisidir. Eyni zamanda özünü elə aparmalıdır ki, mənsub olduğu bölgənin adına xələl gətirməsin".
Tanınmış klarnet ifaçısı Zahid Qubadlı bu qənaətdədir ki, insan nəinki doğulduğu bölgəni, övladlarının adını da düşünməlidir:
"Hər bir insan elə həyat tərzi yaşamalıdır ki, nəinki doğulduğu bölgəyə, gələcəyinə, övladlarının adına utanc gətirməsin. 
O ki qaldı bölgə məsələsinə, bu, çox böyük məsuliyyətdir. Məsələn, mənim doğulduğum Qubadlı rayonundan xalq qəhrəmanları, milli qəhrəmanlarımız çıxıb, dəyərli ziyalılarımız var, dövlət xadimlərimiz olub. Ona görə də bu mənimçün ağır məsuliyyətdir. Hər bir hərəkətimə, addımlarıma fikir verirəm ki, bölgənin adına xələl gətirməsin. Məsələn, xaricə gedəndə soruşurlar ki, haralısan? Deməli, orada da elə davranmalısan ki, təmsil etdiyin ölkənin adına ləkə gətirməsin.
Mənim soyadım Rəhimovdur".

milli.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org