Deputatdan istehsal muessiseleri ile bagli tovsiyye

18:26 – xeber – Azərbaycanda məhsul istehsal edən müəssisələr üçün ölkənin daxilində də alıcı bazarı formalaşdırmaq lazımdır.
 
Bunu Trend-ə Milli Məclisin deputatı Tahir Rzayev Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 7-də Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda çıxışında səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.
 
Azərbaycanda daxili bazarı qorumaqdan ötrü yeni alıçı bazarının yaradılmasını olduqca vacib sayan T.Rzayev deyib ki, bunun üçün ilk növbədə yerli xammal hesabına əlavə istehsal müəssisələri yaratmaq olar: “Pambıqçılıq inkişaf edərsə, bu məhsulu xarici ölkələrə satmaqla bərabər, xammalından istifadə etməklə yerlərdə toxuculuq sənayesi yaratmaq da olar. Biz xammalları satmamalıyıq. Onlar yerlərdə yeni fabriklərin açılmasına, yeni emal müəssisələrinin yaradılması üçün bir zəmin olmalıdır”.
 
Azərbaycanın ixracdan asılılığının azaldılmasının olduqca əhəmiyyətli olduğunu söyləyən deputat qeyd edib ki, taxılçılığı, baramaçılığı, üzümçülüyü inkişaf etdirməklə ölkədə qeyri-neft sektorunu daha da inkişaf etdirmək olar.
 
Deputat hesab edir ki, bu, regionlardan gənclərin getməsinin qarşısını da alar: “Kənd təsərrüfatının inkişafı işsizliyin aradan qaldırılmasına da zəmin yaratmalıdır. Bu gün dövlət başçısının seçdiyi istiqamət ən doğru yoldur. Bütün Azərbaycan xalqı bunu alqışlayır. Çünki taxılçılığın, baramaçılığın, üzümçülüyün və digər sahələrin inkişafı əhalinin gəlirlərinin artırılması, yerlərdə 100 minlərlə iş yerlərinin açılması deməkdir. Digər tərəfdən bu, gənclərin xarici ölkələrə, respublikanın mərkəzi şəhərlərinə axınının qarşısını almaq deməkdir”.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org