Deputat siqaret ceken qadinlardan danisdi

13:55 – xeber – Azərbaycanda tütün məmulatlarından istifadənin məhdudlaşdırılması ilə bağlı qanun layihəsinin hazırlanması nəzərdə tutulur.
 
Bunu APA-ya açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Ümumdünya Səhiyyə Təşkilatının son statistikasında siqaretdən istifadəyə görə Azərbaycanın ön yerlərdə (13-cü yer) olmasına münasibət bildirərkən deyib.
 
Onun sözlərinə görə, 10 il ərzində bu məsələ zaman-zaman komitənin planına daxil edilib, hazırda isə yenidən gündəmə gəlib:
 
"Artıq planlaşdırılıb və yaxın zamanda bununla bağlı ayrıca qanun layihəsinin hazırlanıb müzakirəyə çıxarılması nəzərdə tutulur. Bu məsələ sağlamlıqla bağlı olduğu üçün MM-in Səhiyyə komitəsindən də keçəcək. Amma nəticədə siqaretin yaratdığı fəsad sosial problem, gələcəkdə əlilliyə səbəb olduğu üçün qanun layihəsinin hazırlanması ilə bizim komitə məşğul olacaq. Siqaretdən istifadə ilə bağlı cəmiyyətimizdə anormal vəziyyət müşahidə edirik. Məsələn, yeniyetmədən niyə siqaret çəkdiyini soruşursan, deyir bilmirəm. Yaxud deyir, filankəs çəkir, mən də çəkirəm. Ən dəhşətlisi isə odur ki, qadınlar arasında da siqaretdən istifadə halları artıb. Sonuncu statistika çox ciddi narahatlıq doğurur, ona görə də “Tütün və tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında” sənədin hazırlanması gündəmdədir. Komitə üzvü Musa Quliyevlə fikrimiz var ki, qanun layihəsini hazırlayaq”.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org