Deputat banklari soyguncu adlandirdi

14:19 – xeber – 2015-ci il dövlət büdcəsi 84,3 faiz icra olunub.
 
Musavat.com xəbər verir ki, bu sözləri Hesablama Palatasının sədri Vüqar Gülməmmədov parlamentdəki çıxışı zamanı deyib.
 
“2015-ci il dövlət büdcəsinin icrası haqqında” Qanun layihəsinin müzakirəsi zamanı çıxış edən qurumun sədri büdcənin icrası ilə bağlı müsbət rəyini açıqlayıb.  
 
Müzakirələr zamanı çıxış edən deputat Zahid Oruc “Azərenerji”nin 1 milyard manat borclu olduğunu xüsusi vurğulayıb, özəlləşdirmə zərurətindən bəhs edib. Deputat Maliyyə naziri Samir Şərifovun da iştirak etdiyi iclasda onun devalvasiya zamanı dediyi “Vətəndaşlar vəsaitləri öz evlərində saxlasalar, oğurluq artacaq” sözlərini xatırladıb və “Doğrudan da oğurluq hallarının sayı artdı” deyə əlavə edib.
 
Z.Oruc ölkədən çıxarılan maliyyə resurslarından da danışıb. Azərbaycandan və Türkiyədən Gürcüstana maliyyə axınının artdığını deyən millət vəkili hökuməti müvafiq addımlar atmağa çağırıb.
 
Deputat Əli Məsimli isə bildirdi ki, böhrandan tez çıxmaq üçün kompleks tədbirlər həyata keçirilməli, büdcənin də strukturunda təcili islahatlar aparmalıdır:
 
“Ona görə də biz 14 maddədən ibarət kompleks tədbirlər planı hazırlayıb, müvafiq qurumlara göndərmişik və bir aydır həmin qurumlardan cavab gözləyirik. Təkliflərin nəzərə alınması və tədbirlərin həyata keçirilməsi vəziyyətin yaxşılığa doğru dəyişməsinə imkan yaradar”.
 
Deputat bank soyğunçuluğunu kəskin tənqid etdi:
 
“Bəzi banklar artıq insanların vəsaitlərini ələ keçirəndən sonra daşınmaz əmlaklarını, maaşlarını, indi isə həmin insanlara təminat verənləri hədəfə alıb, onlarla bağlı məhkəmə iddiaları qaldırıb. Bu, nə qanuna, nə insanlığa uyğundur. Bu, bankçılıq yox, soyğunçuluqdur. Ona görə də aidiyyatı qurumlar bu cür naqisliklərin aradan qaldırılması üçün ciddi tədbirlər görməlidir”.
 
Deputat Elmira Axundova kənd təsərrüfatına daha düşünülmüş şəkildə dəstək verilməsini zəruri sayıb. Deputat xaricdən qayıdan diplomatların pensiya probleminin olduğunu söylədi. Onun sözlərinə görə, bu yaxınlarda ölkəyə qayıtmış keçmiş səfir pensiyası ilə maraqlananda məlum olub ki, o, cəmi 300 manat pensiya alacaq. 
 
Deputat Fazil Mustafa indiki dövrdə neftdən büdcəyə transferlərin azalması şəraitində büdcənin balansının qorunub-saxlanmasını olduqca vacib sayıb. Əlavə edib ki, bəzi məsələlərə xüsusi diqqət yetirmək lazımdır.
 
Deputat əhalinin aylıq gəlirinin 365 manat olduğu barədə statistik göstərici ilə arxayınlaşmağı dorğu saymadı:
 
“İcbari tibbi sığortanın tətbiq edilmədiyi, bu qədər kredit borcları olan ölkədə əhalinin aylıq gəlirinin 365 manat olduğunu demək düzgün deyil. Tibbi sığorta tətbiq olunmadır. Biz dedik heç olmasa müalicə üçün fond yaradılsın, insanlar elementar xəstəliklərdən dünyasını dəyişməsin”.
 
F.Mustafa xeyli müəssisələrin qapılarının bağlandığını deyib:
 
“Hətta biz dondurma istehsal edib müştəriyə təqdim edə bilmiriksə və alıcı Rusiya istehsalı olan dondurmaya üstünlük verirsə, bu vəziyyət barədə ciddi düşünməliyik. Ölkədə normal bir basketbol meydançası yoxdur, həndbolumuz yoxdur, yaşıl örtüklü futbol meydançası yoxdur, uşaqlara baxırsan 1,65-1,70 sm-dən ucaboy uşaq tapa bilmirsən. Sanki bu uşaqlar bir dəfə idmanla məşğul olmayıb, belləri bükülü vəziyyətdə dayanırlar. Bu uşaqlar bizim gələcəyimizdir”.
 
F.Mustafa əlavə etdi ki, ölkədə idman sahəsinə kifayət qədər vəsait ayrılır, idman kompleksləri tikilir, amma bu sahədə olan problemləri də həll etmək lazımdır.
 
Deputat Qənirə Paşayeva hökumət üzvlərinin iştirak etdiyi toplantıda 1 iyun Beynəlxalq Uşaqların Müdafiə Günü ilə bağl uşaqları təbrik edib. Eyni zamanda 18 yaşına çatmayan uşaqlara tütün məhsullarının qadağan edilməsinə baxmayaraq, bu sahədə problemlərin olduğunu deyib, hökuməti bu sahədə səyləri artırmağa çağırıb.
 
Turizmin vəziyyətindən bəhs edən Q.Paşayeva deyib ki, biz qardaş Türkiyədən Azərbaycana gələnlərin hamısına hava limanında viza veririk: “Ancaq qonşu ölkələr bir-birinə daha ucuz səyahət imkanı əldə edirlər. Gəlirlər Gürcüstana, vizasız keçirlər, amma Azərbaycanla sərhəddə onlara deyilir ki, biz sizə burada viza verə bilmərik. Yaxşı olardı ki, viza verilişini də sərhəddə reallaşdıraq, turistlər geri qayıtmasın”.
 
Q.Paşayeva Almaniya Bundestaqının 2 iyunda qondarma “erməni soyqırımı” ilə bağlı qanun layihəsini müzakirəyə çıxartmağa hazırlaşdırğını deyib.
 
Təklif edib ki, parlamentlərarası dostluq qrupu səviyyəsində Azərbaycanın bu məsələyə etiraz bildirməsi vacib məsələdir.
 
Deputat Əflatun Amaşov hökumət üzvlərini mediaya dəstəyi artırmağa çağırdı. O, informasiya müharibəsində düşməndən güclü olmağımızı zəruri sayıb:
 
“Təbii ki, Qarabağı ordumuz azad edəcək. Ancaq paralel olaraq informasiya müharibəsində də mövqelərimizi gücləndirməliyik. Söhbət təkcə Ermənistanla müharibədən getmir. Biz informasiya sahəsində tam şəkildə qalib olsaq, media vasitəsilə ciddi təsir göstərib, BMT qətnamələrinin də icrasına nail ola bilərik. İnformasiya sahəsində qalib olmaq üçün mediaya dəstəyin artırılması vacibdir”.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org