Dem qazi zeherlenmelerinin qarsisini bele almaq olar


[r32]
– xeber –
Dəm qazı zəhərlənmələrinin qarşısını almaq mümkündür. Bunun üçün mənzillərdə dəm qazı əmələ gələndə siqnal verən xüsusi qurğular quraşdırıla bilər. Bu qurğular qaz cihazlarına yerləşdirilsə, dəm qazı yaranan kimi qaz verilişi dayanır.
Bunu Trend-ə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.
Onun sözlərinə görə, dəm qazı zəhərlənmələri əsasən hamam otağında olur.
A.Maqsudov qeyd edib ki, dəm qazından zəhərlənən insan ilk növbədə təmiz havaya çıxarılmalıdır:
"Zəhərlənən şəxslərin bədən hərarəti düşdüyü üçün onların üstünü örtmək, isti su vermək lazımdır. Huşu üzərində olmayan insanların ağız boşluğunu açaraq seliyi təmizləmək lazımdır ki, nəfəs yolları açılsın".
A.Maqsudov qeyd edib ki, bu il yanvar ayında şöbəyə 18 nəfər, fevral ayında 20 nəfər və mart ayında 6 nəfər dəm qazı zəhərlənmələri ilə daxil olub. Xəstələrin hamısı evə buraxılıb. Müraciət edən xəstələrin 70 faizini qadınlar təşkil edir:
"Bundan başqa, fevral ayında 2 nəfər sirkə turşusundan zəhərlənmə, 11 nəfər isə kəskin allergik reaksiya ilə daxil olub, bunların da çoxu dərman qəbulundan sonra baş verib. Hər gün də olmasa, bir gündən bir 6-7 nəfər spirtli içki ilə bağlı müraciət edir".

axar.az

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org