Deleduzluga gore hebs olunan polis reisi… – İdareden aciqlama


[r32]
– xeber –
Su Nəqliyyatında Polis İdarəsinin Ələt portunun rəisi, polis pokovniki Fərhad Məmmədxanlı 8 ay öncə təqaüdə çıxıb. Onun hansı səbəbdən və nə vaxt həbs onunması ilə bağlı heç bir məlumatımız yoxdur.
Bu sözləri Axar.az-a Su Nəqliyyatında Polis İdarəsindən bu günlərdə həbs edildiyi deyilən Ələt portunun rəisi F.Məmmədxanlı ilə bağlı danışarkən deyiblər.
İdarədən verilən məlumata görə, Fərhad Məmmədxanlı artıq idarənin işçisi deyil:
“Artıq 8 aydan çoxdur ki, yaşı ilə əlaqədar təqaüdə çıxıb. Fərhad Məmmədxanov 1960-cı il təvəllüdlüdür. Rəis vəzifəsini yerinə yetirdiyi vaxt hər hansısa nöqsanının şahidi olmamışıq. Onun həbsi ilə bağlı heç bir məlumatımız yoxdur”.
Axar.az-ın əldə etdiyi məlumata görə isə Su Nəqliyyatında Polis İdarəsinin Ələt portunun rəis, polis pokovniki F.Məmmədxanlı peşə fəaliyyəti zamanı yol verdiyi nöqsanlara görə polis orqanlarından xaric edilib.
Qeyd edək ki, “Kriminal.az” saytı Su Nəqliyyatında Polis İdarəsinin Ələt portunda rəis, polis polkovniki Fərhad Məmmədxanlı həb edildiyini yazıb. Saytın məlumatına görə, F.Məmmədxanlı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulub. Onun barəsində həbs-qətimkan tədbiri seçilib və 1 saylı istintaq Təcridxanasına (Kürdəxanı) göndərilib.
Fərhad Məmmədxanlı işə düzəltmək adı ilə 800 min manat mənimsəməkdə, bundan başqa, mağazadan “Vertu” markalı telefonu (qiyməti 15 min manatdan başlayır ) kreditə götürərək ödəniş etməkdən yayınmaqda ittiham olunur. Onun barəsəində Cinayət Məcəlləsinin dələduzluq (178-ci) maddəsi ilə cinayət işi başlanıb.

axar.az

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org