Dekabr ayinda mediada ferqlenen sigorta sirketleri – REYTİNQ

5 Yanvar 2016 13:42 – xeber –
Azərbaycanın bütün mediasının monitorinqini aparan Media Təqib Mərkəzi 2015-ci ilin dekabr ayı üzrə analiz işini yekunlaşdırıb. 
Olkem.az xeber verir ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1300 sayt (o cümlədən, 450 gündəlik yenilənən sayt), 12 televiziya  kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər. 
Sığorta şirkətləri ilə bağlı dekabr ayı üzrə məlumatları təqdim edirik.
2015-ci ilin dekabr ayında elektron mətbuatda, yəni sayt və portallarda sığorta şirkətləri ilə əlaqəli 1535 xəbər yerləşdirilib. Bunlardan 1393-ü neytral, 137-si mənfi, 5-i isə müsbət xəbərlərdir.
Qarant Sığorta (117 xəbər – ləğv olunub), Azərbaycan Sənaye Sığorta (9 xəbər – vətəndaşları aldadıb) və Bakı Sığorta (5 xəbər – sürücünün ziyanını ödəməyib) şirkətləri mənfi xəbərlər arasında liderdirlər.
5 müsbət xəbər isə (sığorta şirkətinin beynəlxalq reytinq alması) AzSığorta şirkətinə məxsusdur.
Xəbər sayına görə sıralama:
1.    Paşa Sığorta                            190 xəbər
2.    Paşa Həyat Sığorta                        168 xəbər
3.    Qarant Sığorta                            139 xəbər
4.    AXA MBASK Sığorta                    105 xəbər
5.    ATA Sığorta                            97 xəbər
Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 65 xəbər dərc edilib. Bu xəbərlərdən 60-ı neytral, 5-i isə mənfi xəbərlərdir. Mənfi xəbərlər arasında lider Qarant Sığorta (3 xəbər – ləğv olunub) şirkətidir. 
Xəbər sayına görə sıralama:
1.    Paşa Həyat Sığorta                        17 xəbər
2.    Dövlət Sığorta Kommersiya Şirkəti                5 xəbər
3.    ATA Sığorta                            5 xəbər
4.    Paşa Sığorta                            4 xəbər
5.    Atəşgah Sığorta                        4 xəbər
Dekabr ayında televiziya kanallarında sığorta şirkətləri haqqında 1 xəbər göstərilib. Bu xəbər Qarant Sığorta şirkətinə məxsus mənfi xəbərdir.

milli.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org