15:21 – xeber – Türkiyənin Baş naziri Əhməd Davudoğlu millət vəkili seçildiyi Konya şəhərinə gəlib.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, baş naziri hava limanında AKP üzvləri, şəhər rəhbərliyi və xeyli sakin qarşılayıb.
Davudoğlu sakinlərlə görüşərək, “Sağ olun, var olun, cüməniz mübarək. Allah ölkəmizə zaval verməsin”, – deyib.
Xatırladaq ki, Əhməd Davudoğlu dünən hakim AKP-nin mərkəzi qərargahında keçirdiyi brifinqdə mayın 22-də baş tutacaq fövqəladə konqresdə partiya sədrliyinə namizəd olmayacağını açıqlayıb. Bundan sonra isə doğulduğu Konyaya gedib.