Dan Stav: "Sefirliyimiz AZERTAC-in İsrail mediasi ile elaqelerinin inkisafina tohfe vermeye hazirdir" (FOTO)

8 Yanvar 2016 17:25 – xeber –
İsrailin media qurumları ilə AZƏRTAC arasında əməkdaşlığın möhkəmləndirilməsi iki ölkə arasında münasibətlərin yeni məcrada inkişafına əlverişli imkanlar yarada bilər. Bu baxımdan səfirliyimiz AZƏRTAC-ın İsrail KİV-ləri ilə istənilən əlaqəsinin qurulmasına və informasiya mübadiləsinin genişləndirilməsinə töhfəsini verməyə hazırdır. Ümid edirəm ki, bu əməkdaşlıq sayəsində gələcəkdə həyata keçirəcəyimiz birgə layihələr hər iki tərəf üçün faydalı olacaq.
Bu fikirləri İsrailin Azərbaycana yeni təyin olunmuş səfiri Dan Stav yanvarın 8-də AZƏRTAC-da keçirilən görüşdə səsləndirib.
AZƏRTAC-ın keçdiyi inkişaf yolu, müstəqillik illərində qazandığı uğurlar, həyata keçirilən layihələr, dövlət siyasətinin informasiya təminatındakı rolu barədə ətraflı məlumat verən baş direktor Aslan Aslanov Azərbaycan ilə İsrailin nüfuzlu beynəlxalq təşkilatlarda səmərəli əməkdaşlığından da danışıb.
Görüşdə ölkələrimiz və xalqlarımız arasında çoxəsrlik tarixə malik əlaqələrdən söhbət açılıb, son illərdə bu münasibətlərin inkişafında xəbər agentliklərinin artan rolu barədə fikir mübadiləsi aparılıb. Bildirilib ki, Azərbaycan ilə İsrail arasında bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi, yüksək texnologiyalar sahələrində əlaqələr inkişaf edir və möhkəmlənir.
AZƏRTAC İsrailin Azərbaycandakı səfirliyi ilə də əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Bu əməkdaşlıq hər iki ölkənin sosial iqtisadi həyatının dərindən öyrənilməsi məqsədilə jurnalistlərin qarşılıqlı səfərlərinin təşkilini, birgə fotoalbom və kitabların nəşrini, müştərək video layihələri əhatə edə bilər. Söhbət zamanı bununla bağlı məsələlər də nəzərdən keçirilib.
Azərbaycanın inkişafından məmnunluğunu bildirən səfir Dan Stav ölkəmizin təşəbbüsü ilə həyata keçirilən irimiqyaslı neft-qaz və nəqliyyat layihələrinin əhəmiyyətindən, dövlətlərimiz arasında münasibətlərin sağlam məcrada davam etməsində milli xəbər agentliklərinin mühüm rolundan danışıb. Geosiyasi baxımdan çətin regionda yerləşməsinə baxmayaraq, Azərbaycanın inkişafının onu heyrətləndirdiyini bildirən səfir hər iki ölkənin oxşar xüsusiyyətlərinə toxunub. Diqqətə çatdırılıb ki, Azərbaycanda və İsraildə müşahidə olunan inkişaf, iqtisadi çiçəklənmə, müsbət tendensiyalar gələcəyə böyük ümidlər yaradır.
Zəngin tolerantlıq ənənələrinə malik olan Azərbaycanda bütün xalqların nümayəndələrinin, o cümlədən yəhudilərin əmin-amanlıq şəraitində yaşadığını vurğulayan səfir bu modelin dünya ölkələri üçün örnək olduğunu deyib: "Əfsuslar olsun ki, tolerantlıq məfhumu bir çox ölkələrdə "sənə dözürəm, lakin sənə nifrət edirəm" mənasını verir. Azərbaycan tolerantlığı isə "sənə dözürəm, çünki səni sevirəm" anlamına gəlir".
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Dan Stav İsrailin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını, problemin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllinə tərəfdar olduğunu diqqətə çatdırıb.

milli.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org