Daha uc olke qarin esaretine cevrildi – Foto


[r32]
– xeber –
Avropaya Sibirdən gələn və “Şərqdən vəhşi heyvan” adlandırılan atmosfer axını İsveç, Danimarka və Norveçdə çoxlu yağıntıya, temperaturun kəskin aşağı düşməsinə səbəb olub.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, İsveçdə şəhərlərarası dəmir yolu nəqliyyatının hərəkətində fasilələr müşahidə edilib. Stokholm və Uppsala şəhərləri arasında geniş istifadə olunan qatarların da hərəkətində problemlər yaranıb. Mürəkkəb hava şəraiti, həmçinin Stokholmu ətraf şəhərlərlə birləşdirən elektrik qatarlarının işinə də təsir göstərib. Yollarda xeyli sayda yol-nəqliyyat hadisələri baş verib. İsveçin nəqliyyat idarəsi ölkənin cənub hissəsində yaşayan avtomobil sahiblərinə bu günlərdə şəxsi nəqliyyatdan istifadə etməməklə bağlı müraciət edib.
Stokholmda şəhər hakimiyyəti tərəfindən evsiz-eşiksiz olanlar üçün yaradılan xüsusi mərkəzlərə 170-dən artıq adam müraciət edib. Lakin şəhər rəhbərliyinin səylərinə baxmayaraq, ölüm hallarından yaxa qurtarmaq mümkün olmayıb. Belə ki, Savsjö yaşayış məntəqəsində Burkina-Fasodan olan sığınacaq istəyən qadın donvurma nəticəsində dünyasını dəyişib.
İsveçin şimal hissəsində isə hakimiyyət orqanları Kebnekayse dağının ətrafındakı yaşayış məntəqələrinə qar uçqunu ehtimalı barədə xəbərdarlıq ediblər.
Pis hava qonşu Norveçdə də böyük problemlərə səbəb olub. Yerli KİV-lərin məlumatına görə, ölkənin cənub hissəsinin əksər şəhərlərində termometr mənfi 30 dərəcəni göstərir. Hedmark quberniyasında isə mənfi 42 dərəcə qeydə alınıb.
Atmosfer axını özü ilə şiddətli külək də gətirib ki, bu, vəziyyəti daha da ağırlaşdırıb. Bəzi dağ regionlarının hakimiyyət orqanları əhaliyə müraciətlərində belə vəziyyətin çox təhlükəli olduğunu bildirib və ehtiyac olmadığı təqdirdə evdən çıxmamağı məsləhət görüblər.

axar.az

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org