10:19 – xeber – Aprel ayının əvvəllərində döyüş əməliyyatları zamanı yaralanan zabitimiz kapitan Savalanov Nəcməddin Akif oğlu şəhid olub.
Bu barədə Axar.az-a Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Nazirlik həkimlərin bütün səyinə baxmayaraq, zabitimizin mayın 8-də Silahlı Qüvvələrin Baş Klinik Hospitalında dünyasını dəyişdiyini bildirib.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir!