Daha bir taninmis jurnalist ANS-den getdi

23:56 – xeber – Daha bir tanınmış jurnalist ANS televiziyası ilə yollarını ayırıb.

Axar.az Musavat.com-a istinadla xəbər verir ki, Ləman Əliəşrəfqızı Feysbuk sosial şəbəkəsində status yazaraq, ANS-dən getmə səbəbini izah edib.

“20 ildir jurnalistikadayam. Bu sahədə fəaliyyətim, şükür Allaha, göz qabağındadır. Nə plagiatlığım oldu, nə adımdan sui-isifadəm. “Zərdabi mükafatı”nı da, Əməkdar jurnalist adını da utana-utana yox, alın tərimlə qazandım. 

Dekabrdan bu yana hazırladığım sənədli filmlər də düşünürəm ki, mənə yaradılmış imkan daxilində yetərincə maraqlı işlərdir. Artıq filmin sonuna gəldim. Sözün hər cür anlaşılan mənasında işim bitdi. Bu işi qiymətləndirənlərə sağ olun deyirəm, görməzdən gələnləri vicdanlarıyla baş-başa buraxıram. Bu müqəddəs bayramda Allah hər kəsin ürəyincə versin! 

Çox yoruldum. Hər şeydən – haqsızlıqdan, ədalətsizlikdən, başında üçcə dənə tükdən başqa heç nəyi olmayanların hikkəsindən, mənəm-mənəmliyindən, çığır-bağırından. Jurnalistikanı isə sevirəm və çoxlarının acığına hələ uğurlarım qabaqdadır!”, – deyə Ləman Əliəşrəfqızı yazıb.

Xatırladaq ki, ötən gün  tanınmış aparıcı Kəmalə Əlisgəndərqızı da ANS-dən ayrılıb.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org