Daha bir komitede Apellyasiya Şurasi yaradildi

10:40 – xeber – Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində Apellyasiya Şurası yaradılıb.
 
Komitədən Axar.az-a verilən məlumata görə, Dövlət Komitəsinin sədri xanım Hicran Hüseynovanın əmri ilə yaradılan Apellyasiya Şurasının tərkibi və katibliyi təsdiq edilib. Komitənin sədr müavini xanım Sədaqət Qəhrəmanova Şuranın sədri, Komitə aparatının şöbə müdirlərindən ibarət 8 nəfər isə Şuranın üzvləri təyin ediliblər. Eyni zamanda, Şuranın Katibliyinin tərkibi təsdiq edilib.
 
Apellyasiya Şurası sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslər tərəfindən özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı mərkəzi icra hakimiyyəti orqanının və onun struktur qurumlarının qərarlarından, hərəkət və ya hərəkətsizliyindən verilən təkrar şikayətlərə baxan və ictimai əsaslarla fəaliyyət göstərən kollegial orqandır.
 
Qeyd edək ki, “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” Azərbaycan Prezidentinin 2016-cı il 03 fevral tarixli fərmanı ilə mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması ilə bağlı göstəriş verilib və mərkəzi icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə təsdiq edilib.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org