Cocuq Mercanlida axtaris davam edir – Foto


[r32]
– xeber –
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri martın 27-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində gün ərzində 1402 qəlpə aşkar ediblər. Mina və partlamamış hərbi sursat aşkar olunmayıb. Ümumilikdə 25 min 971 kvadratmetr ərazi (399 kvadratmetr əl ilə, 7300 kvadratmetr mexaniki üsulla və 18 min 272 kvadratmetr minaaxtaran itlər vasitəsilə) yoxlanılıb.
ANAMA-dan Axar.az-a bildiriblər ki, 41 gün ərzində agentlik tərəfindən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 151 evə və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış olub. İyirmi iki partlamamış hərbi sursat (4 ədəd 82 millimetrlik “OF-832”, 2 ədəd 120 millimetrlik “OF-843” minaatan mərmisi, 3 ədəd 93 millimetrlik tank əleyhinə idarə olunmayan raket (2 ədəd “PQ-7VL” və 1 ədəd “PQ-7VM”), 2 ədəd 70 millimetrlik tank əleyhinə idarə olunmayan “PQ-7VM” raketi, 1 ədəd “PQ-7” raketinin partlamamış mühərrik hissəsi, 1 ədəd “F-1” əl qumbarası, 1 ədəd 100 millimetrlik “OF-412” top mərmisi və 8 ədəd “TM-62P3” minasının gücləndiricisi, 5 ədəd piyada əleyhinə “OZM-72” mina və 32 ədəd tank əleyhinə mina (8 tank əleyhinə “TM-57” minası və 24 ədəd “TM-57” tank əleyhinə minanın partladıcısı “MVZ-57”) aşkar olunaraq zərərsizləşdirilib.
Baxış zamanı 1 milyon 228 min 746 kvadratmetr ərazi (421 min 635 kvadratmetr əl ilə, 348 min 500 kvadratmetr mexaniki üsulla, 113 min kvadratmetr SENSYS dərinlik ölçən cihazı və 345 min 611 kvadratmetr minaaxtaran itlərlə) yoxlanılıb.
Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.
ANAMA tərəfindən yanvarın 1-dən martın 27-dək cəmi 5001 partlamamış hərbi sursat, tank əleyhinə 73 mina və piyada əleyhinə 8 mina aşkar olunaraq zərərsizləşdirilib. Ümumilikdə 1 milyon 283 min 180 kvadratmetr ərazi (476 min 69 kvadratmetr əl ilə, 348 min 500 kvadratmetr mexaniki üsulla, 113 min kvadratmetr SENSYS dərinlik ölçən cihazı və 345 min 611 kvadratmetr minaaxtaran itlərlə) yoxlanılıb.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org