Cocuq Mercanli herbi sursatlardan tam temizlendi


[r32]
– xeber –
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) dekabrın 19-da Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin ətrafında və suvarma kanalının çəkilməsi nəzərdə tutulan ərazilərdə aparılan təmizləmə əməliyyatları barədə məlumat yayıb.
ANAMA-dan Axar.az-a bildiriblər ki, Cocuq Mərcanlıda gün ərzində 231 min 479 kvadratmetr ərazi “FEREX" və “EBİNGER” dərinlik ölçən cihazı ilə yoxlanılıb, mina və partlamamış hərbi sursat aşkarlanmayıb.
Cocuq Mərcanlıda otuz iki gün ərzində 11 partlamamış hərbi sursat (1 ədəd F-1 əl qumbarası, 1 ədəd UZRQM partladıcısı, 2 ədəd RQ-42 əl qumbarası, 2 ədəd TM-62 minasının gücləndiricisi və 5 tank əleyhinə idarə olunmayan raket (PQ-7) və iki piyada əleyhinə mina (OZM-72) aşkar edilib. Cəmi 511 min 300 kvadratmetr ərazi tam təmizlənib, 236766 kvadratmetr ərazi 20 santimetr dərinliyində, 180 min 700 kvadratmetr ərazi isə xüsusi mexaniki vasitəsilə təmizləmə üçün hazırlanıb və 231479 kvadratmetr ərazi isə “FEREX” və “EBİNGER” dərinlik ölçən cihazı ilə yoxlanılıb.
Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatları başa çatıb.
Agentlik tərəfindən yanvarın 1-dən dekabrın 19-dək ölkə üzrə, ümumilikdə, 7539 partlamamış hərbi sursat, tank əleyhinə 204 mina və piyada əleyhinə 35 mina aşkarlanaraq zərərsizləşdirilib, 5 milyon 917 min 967 kvadratmetr ərazi yoxlanılıb.

axar.az

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org