Cinayetkar hekimlere qarsi daha bir proses baslayir

13:01 – xeber – Həkim terroru nəticəsində dünyasını dəyişən tənqidçi, Bakı Slavyan Universitetinin dekanı Elnarə Tofiqqızının ölümü ilə əlaqədar maddi təzminatla bağlı Yasamal Rayon Məhkəməsində iddia qaldırılıb.
 
Bu barədə Axar.az-a zərərçəkən Anar Niftəliyevin hüquqi nümayəndəsi Səməd Vəkilov məlumat verib. Onun sözlərinə görə, iddia artıq icraata qəbul edilib:
 
“Maddi və mənəvi təzminatla bağlı verdiyimiz iddia ilə bağlı Ali Məhkəmənin  hakimi Əhməd Nurməmmədov yekun qərar qəbul etdi. Bu qərara əsasən, “Medi Sina” klinikası da daxil olmaqla, əməliyyatda iştirak edən hər üç həkimin ümumilikdə 75 min manat mənəvi təzminat ödəməlidir. Xüsusi olaraq vurğulayım ki, bu, Azərbaycanda mənəvi təzminatla bağlı ilk presedentdir, bu vaxta qədər təzminatın həcmi heç zaman bu qədər olmayıb. Ali Məhkəmənin qərarında ayrıca olaraq göstərilir ki, bu, mənəvi təzminatdır və maddi təzminatla bağlı zərərçəkənin ilkin instansiya məhkəməsinə müraciət etmək hüququ vardır.
 
Buna əsasən, biz maddi təzminatla bağlı Yasamal Rayon Məhkəməsində iddia qaldırdıq. Maddi təminat iddiasının həcmi 196.320 manatdır. İş hazırda Yasamal Rayon Məhkəməsinin hakimi Rafayel Əliyevin icraatındadır”.
 
S.Vəkilov bildirib ki, E.Tofiqqızının ölümündən sonra aparılan təbliğat çərçivəsində müəyyən azalma müşahidə edilsə də, son vaxtlar həkim səhlənkarlığı nəticəsində baş verən ölüm halları yenidən çoxalıb və bu, cəzasızlıq sindromunun aradan qaldırılmasını daha da aktuallaşdırır:
 
“Elnarə Tofiqqızının ölüm faktı ilə bağlı mülki və cinayət məsuliyyəti üzrə məhkəmə prosesləri yekunlaşıb. Məlumat üçün bildirim ki, cərrahiyə əməliyyatında iştirak edən hər üç həkimin mülki, iki həkimin isə cinayət məsuliyyəti sübuta yetirilib. Belə ki, Mərkəzi Hərbi Hosbitalın şöbə rəisi, əsas cərrah Mahir Məmmədovun müəssisədən kənar kommersiya fəaliyyəti ilə məşğul olmasına görə rütbəsi alınaraq mayor rütbəsinə endirilib. Asistent Fərəcullah İdrisov barəsində dələduzluğa cəhd cinayəti üzrə başlanan proses yekunlaşb və o, CM-nin 29.178.1-ci maddəsi ilkə məhkum edilib, lakin cinayət məsuliyyətinə cəlb edilmə müddəti keçdiyi üçün barəsində başlanılan cinayət işinə xitam verilib. Digər həkim – anestezioloq Firuz İbrahimov isə Bakı Apelyasiya Məhkəməsinin 31 avqust 2015-ci il tarixli qərarı ilə 2,5 il müddətinə azadlıqdan məhrum edilib. Bunları bir daha xatırlatmaqda məqsədimiz odur ki, həkim səhlənkarlığı nəticəsində baş verən ölüm hallarına qarşı Azərbaycan qanunvericiliyi yerərli qədər müqavimət göstərmək gücündədir və bu əməli törədənlər həm cinayət məsuliyyətinə cəlb olunur, həm də maddi və mənəvi təzminat ödəməyə məcbur edilir. Bu baxımdan zrrçəknlr öz hüquqlarını bilməli, baş verən cinayətə qarşı ölkə qanunvericiliyinin imkan verdiyi səviyyədə iddialar qaldırmalıdırlar ki, həkimlər bu perspektivi nəzərər alaraq, lüzumsuz əməliyyatlardan qaçsınlar və insanların həyatına səhlənkar yanaşmaya son qoysunlar”.
 
Qeyd edək ki, tənqidçi, BSU-nun dekanı Elnarə Tofiqqızı 2013-cü il sentyabrın 20-də “Medi Sina” klinikasında süd vəzi kanalının popilloması əməliyyatı zamanı həkim səhlənkarlığından dünyasını dəyişib. Onun iki azyaşlı qız övladı var.
2015-ci il avqustun 31-də Bakı Apelyasiya Məhkəməsinin hakimi Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə Elnarə Tofiqqızının ölümündə təqsirli bilinən anestezioloq Firuz İbrahimov Cinayət Məcəlləsinin 124.1 (məsuliyyətsizlikdən insan ölümünə səbəb olma) və 320.1 (sənəd saxtakarlığı) maddələri əsasında 2,5 il müddətinə azadlıqdan məhrum edilib və o, məhkəmə zalındaca həbsə alınıb.
 
Bakı Apelyasiya Məhkəməsinin hakimi İkram Şirinov “Medi Sina” klinikasına qarşı cinayət işi açaraq, Baş Prokurorluğa göndərib və iddiaçıların maddi və mənəvi tələbinin yalnız mənəvi hissəsini qismən təmin etməklə, ümumilikdə 42 min manat mənəvi zərər ödənilməsi barədə qərar verib.
 
2015-ci il dekabrın 15-də Ali Məhkəmədə zərərçəkən tərəfin mənəvi təzminatın artırılması barədə iddiası qismən təmin edərək klinakadan, eyni zamanda, digər həkimlərdən tutulan mənəvi təzminatın məbləğini 75 min manata qədər artırıb (hakim Əhməd Nurməmmədovun sədrliyi ilə keçirilən iclas).
 
Buna baxmayaraq, Azərbaycan üçün bu yeni presedentin daha da inkişaf etdirilməsi və daha yüksək məbləğli təzminatın təmini üçün zərərçəkənlər Avropa Məhkəməsinə də müraciət ediblər.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org