Cinayet toreden usaqlarin sayi aciqlandi

21:13 – xeber – Keçən il ölkədə 26 916 cinayət faktı qeydə alınıb. Əhalinin hər 100 min nəfərinə hesabı ilə qeydə alınmış cinayət hadisələrinin sayı 277 olub. Onların 57,1 faizi az ağır, 28,3 faizi böyük ictimai təhlükə törətməyən, 14,6 faizi ağır və xüsusilə ağır cinayətlərə aiddir.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu barədə məlumat Dövlət Statistika Komitəsinin hesabatında yer alıb.
 
Daxili İşlər Nazirliyinin məlumatlarına əsasən, cinayətlərin strukturunda 13 748 hadisə iqtisadi sahədə törədilən, 7 070 hadisə ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə, 4658 hadisə şəxsiyyət əleyhinə, 1439 hadisə dövlət hakimiyyəti əleyhinə, bir hadisə isə sülh və insanlıq əleyhinə olan cinayətlərdir.
Qeydə alınmış cinayətlərin 283-ü qəsdən adam öldürmə və adam öldürməyə cəhd, 361-i qəsdən sağlamlığa ağır zərər vurma, 14-ü əzab vermə, 29-u adam oğurluğu (o cümlədən, 16-sı evlənmək məqsədilə qadın oğurluğu) cinayətlərinə aiddir. 330 cinayət hadisəsi xarici ölkələrin, onların 65-i isə MDB-yə üzv olan ölkələrin vətəndaşları tərəfindən törədilib.
2015-ci ildə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə istehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma cinayətləri 21,4 faiz, gömrük ödənişlərinin ödənilməsindən yayınma cinayətləri 40 faiz, ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə olan cinayətlər 4,2 faiz, narkotik vasitələrin və psixotrop maddələlərin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər 2,2 faiz, ictimai mənəviyyat əleyhinə cinayətlərdən fahişəliyə cəlb etmə cinayətləri 21,5 faiz, ekoloji cinayətlər 3,7 faiz, hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər 14,8 faiz, kibercinayətlər isə 50 faiz azalıb. Bu dövr ərzində yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən cinayətlərdə də 2,6 faiz azalma müşahidə olunub.
 
Ötən il ərzində narkotiklər və güclü təsiredici vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 3156 cinayət hadisəsi qeydə alınıb və onların 29 faizi satış məqsədi ilə törədilib.
 
Əməliyyat istintaq tədbirləri nəticəsində ötən il qeydə alınmış cinayətlərin 58,2 faizi açılıb. Açılmış cinayətlərin 2726-sı əvvəllər də cinayət törətmiş şəxslər, 1652-si qrup şəklində, 572-si sərxoş vəziyyətdə, 467-si yetkinlik yaşına çatmayan uşaqlar tərəfindən və ya onların iştirakı ilə, 650-si isə narkomanlar və ya narkotik təsir altında olan şəxslər tərəfindən törədilib.
 
2015-ci ildə cinayət törətmiş şəxslərin 82,0 faizi cinayət məsuliyyətinə cəlb olunub ki, onların da 73,5 faizi əmək qabiliyyətli yaşda olub, heç bir yerdə oxumayan və işləməyənlər, 15,2 faizi əvvəllər də cinayət törətmiş şəxslərdir. Cinayət törətmiş şəxslərin arasında qadınların xüsusi çəkisi 6,9 faiz, yetkinlik yaşına çatmayan uşaqların payı isə 2,9 faiz təşkil edib.
 
Hesabat dövründə qeydə alınan 870 cinayət hadisəsi məişət zorakılığı ilə bağlı olub və onların 6 faizi sərxoş vəziyyətdə törədilib. Hadisələrin 8,3 faizi əvvəllər də cinayət törətmiş şəxslər tərəfindən törədilib. Məişət zorakılığı nəticəsində baş vermiş cinayətlərin 91,6 faizi qəsdən sağlamlığa az ağır və yüngül zərər vurma, 3,9 faizi qəsdən adam öldürmə və adam öldürməyə cəhd, 4,5 faizi isə digər cinayətlərdir.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org