Çin resmen ABŞ-i tehdid etdi: “Hucuma kececeyik”

17:06 – xeber – ABŞ və Cənubi Koreya Koreya yarımadasında THAAD raketdən müdafiə sistemi yerləşdirdiklərinə görə cavab verəcəklər.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu sözlər Çin Kommunist Partiyasının rəsmi qəzeti olan “Jenmin jibao” qəzetinin baş məqaləsində yer alıb. Məqaləyə görə, əgər bu ölkələr Çinin strateji maraqlarına zərbə vursalar əks-hücuma məruz qalacaqlar.
 
Qəzetdə məqalə müəllifi kimi “Çjun Şen” ləqəbi göstərilib ki, bu da Çinin səsi anlamını ifadə edir. Rəsmi Pekin tez-tez öz mövqeyini nümayiş etdirmək üçün bu ləqəb altında yazılar dərc etdirir.
 
Qeyd edək ki, ABŞ THAAD raketdən müdafiə sistemlərini Cənubi Koreyada yerləşdirəcək. Buna səbəb Şimali Koreyadan olan nüvə təhdidi göstərilib. Çin rəsmən bu qərara qarşı çıxıb və hər iki ölkəni bu planından əl çəkməyə çağırıb. 

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir