Çin qlobal maliyye bohranini daha da derinlesdire biler

8 Yanvar 2016 16:04 – xeber –
Çinin əsas fond indekslərindən olan "Shanghai Composite"  yanvarın 8-də 1,97% artaraq 3 186,41 bənd təşkil edib.
Olkem.az report-a istinadən bildirir ki, artıma səbəb Çinin kapital bazarlarını tənzimləmə Komissiyasının fod birjaları üçün tətbiq etdiyi limitin aradan qaldırması olub. Belə ki, bu gündən etibarən Çində mövcud olan fond birja indeksləri sərbəst hərəkət edə bilər. Halbuki, bu günə qədər Çində tətbiq edilən qaydalara əsasən, fond birjası indeksləri əməliyyat günü bir əvvəlki günün orta qiymətindən 7%-dən artıq azala bilməzdi. Fond birjaları 7%-lik limitə yaxınlaşdıqda, əməliyyatlar texniki fasilə elan edilərək dayandırılırdı. Məhz bu səbəbdən "Shanghai Composite" indeksi bu həftə ərzində iki dəfə, yanvarın 5-də və 7-də 7% azalıb. Azalmağa səbəb isə investorların enmənin başlamasına görə həmin günlər səhmləri sata bilməyəcəklərindən ehtiyatlanaraq kütləvi şəkildə satışa başlamaqla təşviş yaratması olub.
Çinin 2015-ci ildə 42% mənfəət nümayiş edən "APS Asset Management" hedc fondunun təsisçisi Vonq Kok Hoy bildirib ki, Çin kapital bazarları tənzimləmə Komissiyasının limiti aradan qaldırması erkən verilmiş bir qərardır: "Bu qərar bir qədər gözlədilməli və investorlar buna alışmalı idilər. Daha sonra isə investorların irrasional davranışları aradan qalxacaqdı".

milli.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org