Cerime meydancasinda qalan avtomobillerin aqibeti…


[r32]
– xeber –
Yol polisi sahibsiz qalmış avtomobilləri heç bir halda cərimə meydançasından çıxara bilməz.
Bu sözləri Axar.az-a ekspert Ərşad Hüseynov illərdir cərimə meydançasında qalan avtomobillər haqda danışarkən deyib. Onun sözlərinə görə, hazırda cərimə meydançaları sahibsiz avtomobillərlə doludur:
“Avtomobil yol nəqliyyat hadisəsi nəticəsində yararsız hala düşdükdə isə çox vaxt sürücü avtomobilinin arxasınca getmir və nəticədə avtomobil illərlə cərimə meydançasında qalır. Bunu daha çox iki səbəblə izah edirlər. Maşın sahibi qəzada ölübsə, yaxınları artıq avtomobilin onlar üçün əhəmiyyətsiz və ağrılı olduğunu bildirirlər. Digər səbəb isə hadisə zamanı avtomobilin tamamilə yararsız hala düşməsidir. Keçən ilin aprel ayından etibarən qiymətlərin artması buna müəyyən qədər təsir edir.
Qanunvericiliyə əsasən, yol polisi avtomobilləri heç bir halda cərimə meydançasından çıxarda bilməz. Bu isə anormal vəziyyətdir.
Bəzi dünya ölkələrində belə hallarda iki alternativ var. Birinci halda, avtomobil uzun müddət yol kənarında və digər naməlum yerdə qalarsa, məhkəmə qərarı ilə sahibsiz əmlak kimi qeydə alınır və dövlətin ixtiyarına keçir. İkinci halda isə avtomobilin sahibi tapılır və avtomobil mütləq cərimə meydançasından götürülür. Azərbaycanda isə polis ən yaxşı halda sahibkarı tapır və avtomobilini ordan çıxarmasını xahiş edir”.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirib ki, avtomobillərin duracaqlarda uzun müddət qalmaması üçün tez-tez lazımi tədbirlər görülür:
“Ölkə ərazisində 1 milyon 400 minə qədər nəqliyyat vasitəsi qeydiyyata alınıb ki, bunun da 72%-i Bakı qeydiyyatındadır. Qəzaların baş verməsi avtomobillərin yararsız hala düşməsinə və cərimə meydançalarına aparılmasına səbəb olur. Hazırda qəza nəticəsində yararsız hala düşən və sahibkarları tərəfindən duracaqlardan aparılmayan xeyli avtomobil var.
Bir neçə ay bundan əvvəl tərəfimizdən Bakı şəhər ərazisindəki cərimə meydançalarında uzun müddət yarasız vəziyyətdə qalan, istismara tam yararsız, detalları korraziyaya uğramış, çürümüş, eyni zamanda yol-nəqliyyat hadisəsi nəticəsində tam əzilmiş 300-dən çox avtomobilin sahibinə müraciət olunub və onların arzu və istəklərini nəzərə alaraq həmin avtomobillər cərimə meydançalarından çıxdaş edilib.
Bu proses qanunla tənzimlənir. Bununla bağlı hər hansı bir dəyişikliyin edilməsi ilə bağlı heç bir tələb irəli sürülməyib. Cərimə meydançasından avtomobilini götürmədiyinə görə heç bir vətəndaşa inzibati-tənbeh tədbirləri görülmür”.
Qeyd edək ki, hazırda cərimə meydançasında 15 ildən çox qalan avtomobillər var.
Keçən ilin aprel ayından etibarən Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin nəzdindəki cərimə meydançalarında nəqliyyat vasitələrinin 1 gün üçün saxlanması xidmətlərinin tarifləri nəqliyyat vasitəsinin çəkisi 3,5 tonadək olduqda 1 manat, 3,5 tondan 10 tonadək olduqda 2 manat, 10 tondan yuxarı olduqda isə 3 manatdır.
Buna qədər isə 1 gün üçün vahid qiymət 30 qəpik idi.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org