– xeber – Rəsmi Tiflis NATO ilə Gürcüstanda keçirilən hərbi təlimlə bağlı Rusiyanın reaksiyasına sərt mövqeyini bildirib.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, Xarici İşlər Nazirliyinin rəsmi saytında yayılan bəyanatda Gürcüstanın müstəqil və suveren dövlət olduğu, öz ərazisində istənilən an hərbi manevrlər etmək hüququnun olduğu bəyan edilib.
"Gürcüstanın suveren ölkə olması ona hərbi sferada partnyorları ilə qarşılıqlı əməkdaşlıq etməyə imkan verir. Gürcüstan-ABŞ arasında keçirilən hərbi təlim regionda heç bir ölkəyə qarşı yönəldilməyib. Bu təlim regionda vəziyyətin destabilizasiyasına gətirib çıxarmayacaq.
Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyi ABŞ-la Gürcüstanın Cənubi Qafqazda hərbi təlim keçirməsinin provakasiya xarakteri daşıdığını bildirmişdi.