Cenubi Amerikada 180 min insan evini terk edib

29 Dekabr 2015 07:38 – xeber –
Paraqvay, Argentina, Uruqvay və Braziliyada 180 mindən çox insan daşqınlar nəticəsində öz evini tərk etmək məcburiyyətində qalıb.
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, son sutka ərzində Uruqvayda təbii fəlakətdən zərərçəkənlərin sayı 16 311 nəfərə çatıb.
 
Fəlakətdən daha çox Paraqvay zərər çəkir. Burada 140 min insan öz evini tərk etməyə məcbur olub. Ötən həftə güclü külək Paraqvayda onlarla ağacı kökündən qoparıb. Təbii fəlakət nəticəsində 4 nəfərin öldüyü təsdiqlənib. Paytaxt Asunsonda elektrik təchizatı pozulub, ölkənin bir sıra bölgələrində fövqəladə vəziyyət rejimi tətbiq edilib.
 
Argentinanın 5 əyalətindən 20 mindən çox insan evakuasiya edilib, 2 nəfər güclü daşqınların qurbanı olub.Braziliyanın cənubunda 2 200 nəfər ev-eşiyini tərk etmək məcburiyyətində qalıb.  Riu-Qrandu ştatının 12 bələdiyyəsində fövqəladə vəziyyət rejimi tətbiq edilib.
Qeyd olunur ki, təbii fəlakət "El-Ninyo" iqlıim fenomeni ilə bağlıdır. "El-Ninyo" okean və atmosfer cərəyanlarının dövretmə sxemlərinə təsir göstərir. Bu isə öz növbəsində yer kürəsində havaya və iqlimə təsir edir, bəzi regionlarda quraqlıqlara, digərlərində isə güclü yağışlara səbəb olur.

mənbə : milli.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org