00:35 – xeber – Avropanın cənubunu təbii qazla təmin edəcək boru xəttinin Qara dəniz üzərindən inşasına hazırıq.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər naziri Sergey Lavrov jurnalistlərə açıqlamasında deyib.
O, bu məqsədlə “Qazprom”un Yunanıstan və İtaliya şirkətləri ilə memorandum imzaladığını və layihə üzərində iş apardıqlarını deyib:
“Burada üçüncü ölkəyə ehtiyac var. Bundan əlavə, Yunanıstanın da Qara dənizə çıxışı yoxdur”.