Cenub bolgesinin bezi rayonlarinda qis oz sert uzunu gosterir

13 Yanvar 2016 22:34 – xeber –
Qarın yağması bir çox əkin sahələri üçün bolluq bərəkət rəmzi kimi xarakterizə olunur. Lakin ölkəmizin demək olar bütün əraziləri qar sevincini yaşasa da, bəzi cənub rayonlarına hələ ki, qar yağmayıb. Mütəxəssislərin fikrincə bu, şübhəsiz ki, kənd təsərrüfatına öz təsirini göstərəcək.
Olkem.az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, cənub bölgəsinin bəzi rayonlarında qış öz sərt üzünü göstərib. Lənkəran və Astara rayonlarında isə qar yağmasa da, şaxtalar müşahidə olunmaqdadır. Mütəxəssislər bildirir ki, havaların belə şaxtalı keçməsi zərərvericilərin və xəstəliklərin demək olar ki, müəyyən qədər məhvinə səbəb olur. Buna baxmayaraq, şaxta qarı tam əvəz edə bilməz və qarın yağması labüddür.
Balayar Şahbazov -Kənd təsərrüfatı elmləri namizədi, dosent: "Çünki qar həm zərərverici, xəstəliklərin məhvinə səbəb olur, həm də atmosferin sanitarıdı. Atmosferin də təmizlənməsinə kömək edir. Qış aylarında qar olmadıqda atmosfer təmizlənmir. Bu da bir çox infeksion xəstəliklərin yaranmasına səbəb olur".
Müsahibimizin sözlərinə görə, qar bir örtük kimi mühafizə rolunu oynayaraq bitkiləri şaxtadan qoruyur. Eyni zamanda qar əridiyi zaman torpaqda su balansı toplanır.
Balayar Şahbazov -Kənd təsərrüfatı elmləri namizədi, dosent: "Xüsusən bu, dəmyə əkinçiliyində mühüm əhəmiyyət kəsb edir. Bundan başqa qar əridikdə suyun torpağa hopması həmin torpaqda olan zərərvericilərin, xüsusən gəmiricilərin məhvinə səbəb olur. Çünki torpaqda olan məsamələr dolandan sonra torpaqda anaerob şərait yaranır. Anaerob şəraitdə isə həmin onlar üçün bir mühit rolunu oynadığı üçün onların orda tənəffüsü çətinləşir".
Mütəxəssis vurğuladı ki, qarın düşmədiyi rayonlarda bu sahədə bir sıra aqrotexniki tədbirlər aparılmalı, ilk növbədə bitkilər üzvi gübrələrlə təmin olunmalıdır. İkinci ən mühüm məsələ isə…
Balayar Şahbazov – Kənd təsərrüfatı elmləri namizədi, dosent: "Ağaclar şaxtalı günlərdə tüstülənməlidir. Tüstüdə nədən istifadə olunmalıdı? Tüstüdə əsasən samandan, bir də yararsız, istifadəsiz şinlərdən istifadə olunmalıdır".
Cənub bölgəsi sitrus bitkilərinin vətəni hesab edilir. Mütəxəssislər bildirir ki, qış ayları mülayim keçdiyi halda, limon ağacları çox zaman çiçəkləyir və bundan sonra təsadüfi şaxta və soyuq həmin çiçəklərin tökülməsinə, nəticədə məhsulun azalmasına gətirib çıxara bilər.
B.Şahbazov: "Bu bölgədə əsasən becərilən sitrus bitkilərindən limon -1 dərəcə, narıngi, portağal isə -6 -10 dərəcə şaxtaya dözə bilir. Həm də limon və portağal bitkisi əsasən polietilen örtüklərdən istifadə etməklə qış aylarında şaxtadan qorunur".
Lənkəran Regional Hidrometeorologiya Müəssisəsindən aldığımız məlumata əsasən, hazırda bölgəmizdə müşahidə olunan temperatur, yağıntı və külək rejimi aylıq norma daxilində tərəddüd edir və kənd təsərrüfatı bitkiləri üçün əlverişlidir. Lakin qarşıdan gələn günlərdə qeyri-sabit hava şəraiti müddətində mənfi temperaturlar və güclü küləklər subtropik bitkilərə müəyyən dərəcədə təsir edə bilər.

milli.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org