10 Yanvar 2016 15:48 – xeber –
Türkiyəli şoumen Cem Yılmaz sevgilisi olduğu deyilən Dilara Göndərlə fotokameralara tuş gəlib.
Axşam.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, yumor ustası Göndərlə birlikdə “Alevli günler” adlı tamaşanı izləyib. Teatrdan çıxarkən Cem əvvəlcə jurnalistlərin suallarını cavablandırmağa razılıq verib.
“Dilara xanım da yanınıza gəlsin”, – sözlərindən sonra Yılmaz müsahibədən imtina edib.
“Sizin niyyətiniz bəlli oldu. Gəl, canım, biz buradan gedək”, – deyərək, yumorist Dilaranın qolundan tutaraq, avtomobilinə minib.