Celilabadin kendi su altinda qaldi – Foto

18:22 – xeber – Son günlər düşən intensiv yağıntılar nəticəsində Cəlilabad rayonundan keçən bir sıra çaylarda bolsululuq yaranıb.
 
Report xəbər verir ki, rayonun Qarazəncir kəndində Qarayar çayı üzərindəki sututarında təhlükəli vəziyyət yarandığı üçün su çayın məcrasına buraxılıb. Nəticədə rayonun Sabirabad kəndindən keçən Qarayar çayı məcrasından çıxaraq ətraf əraziləri basıb.
 
Günorta saatlarında qəfildən baş verən daşqın zamanı çay suları həyətyanı sahələrə dolub. Fərdi təsərrüfatlardakı ağaclar, əkin sahələri və mal-qara tövlələrinə ciddi ziyan dəyib. Bəzi ərazilərdə su evlərin zirzəmisinə də dolub.
 
Yerli sakinlərin sözlərinə görə, çayın mövsümi olaraq məcrasından çıxmasına səbəb suötürücü kanalların vaxtı-vaxtında təmizlənməməsidir. Cəlilabad Rayon Fövqəladə Hallar Komissiyasından bildirilib ki, əraziyə texnikalar cəlb olunub, daşqının nəticələri aradan qaldırılır.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org