Çecenistanda Kadirov qullesi tikilir

23:10 – xeber – Çeçenistanın paytaxtı Qroznıda Avropa və Rusiyada ən yüksək göydələnlərdən birinin tikintisinə başlanılıb. “Ahmet Tauer” adlanacaq tikili qədim çeçen keşikçi qülləsi stilində inşa ediləcək. Bina 108 mərtəbədən ibarət olacaq. 
 
Publika.az xəbər verir ki, 400 metr hündürlükdə olacaq binada ofislər, 500 otaqlı hotel, təxminən 100 məznilli “lüks” apartament,  fitnes-mərkəzlər və hovuzlar, eləcə də Ahmat Kadırovun muzeyi olacaq.  Layihəyə görə uca “çeçen qülləsi”ndə baxış və helikopter meydançaları da nəzərdə tutulub. Bu tikilinin təxmini dəyəri 120-500 milyon dollar arasındadır.

 
Göydələni "Bürc Xəlifə"ni tikənlər inşa edir

 
“Ahmet Tauer”in  özülünün qazılmasına başlanılıb. Bunun üçün hələlik 100 işçi və 12 ədəd xüsusi texnika cəlb olunub. İki həftə sonra gələcək qüllənin tikilməsinə başlanacaq. Torpağa 65 metr dərinlikdə 216 dəmir-beton dirəklər basdırılacaq. Onlardan hər birinin diametri 1,5 metr olacaq. Bu işi Almaniyadan gələn mütəxəssislər icra edəcəklər.
 

Çeçenistanda keçmiş respublika başçısının şərəfinə göydələn qüllə tikilməsi niyyəti hələ 2013-cü ildə bəyan edilmişdi. Binanın tikintisinin texniki və maliyyə təminatı ilə Emaar Properties şirkəti məşğuldur. Adıçəkilən şirkət  Dubaydakı 830 metr hündürlükdə olan məşhur “Burc Xəlifə”ni tikib.

 
Layihənin kuratoru Dövlət Dumasının deputatı Adam Delimxanovdur. Çeçenistanın 2016-cı il üçün dövlət büdcəsində xərclərə 58 milyard rubldan çox vəsait ayrılıb. Bununla belə, respublikanın əlavə 10 milyard qazanc əldə edəcəyi deyilir. Yerdə qalan 48,5 milyard rubl isə “federal büdcədən havayı daxilolmalardır”.

 
Daha əvvəl respublikanın büdcə işçiləri anonimlik şəraitində şikayət edirdilər ki, onları əməkhaqlarının 5-10 faizini prezident Ramzan Kadırovun şəxsən nəzarətdə saxladığı Ahmet Kadırov adına fonda köçürməyə məcbur edirlər.  Çeçen hökuməti isə büdcə işçilərinin bu addımı könüllü atdığını bildirir. 

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org