Cebhede top mermisi ve mina tapildi

20:37 – xeber – Tərtər və Ağdam rayonlarında top mərmisi və mina aşkar edilib.
 
Bu barədə Axar.az-a Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) bildiriblər.
 
Tərtər rayonu
 
Cəmilli kəndi – 1 əkin və 6 partlayış yerinə baxış keçirilib, 1 ədəd partlamamış hərbi sursat (9M22U raketinin (Qrad) mühərrik hissəsi) aşkar edilərək götürülüb, nəticə etibarilə 10 000 kv.m ərazi yoxlanılıb.
 
Şıxarx kəndi – 4 ev və həyətyanı sahə, 5 partlayış yerinə baxış keçirilib, 1 ədəd partlamamış hərbi sursat (122 mm-lik OF-56 top mərmisi) aşkar edilib, nəticə etibarilə 25 000 kv.m ərazi yoxlanılıb.
 
(FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin məlumatı)
 
Ağdam rayonu
 
Əfətli kəndi – 1 əkin sahəsində (Qarqar çayının sahili) 1 ədəd PMN-E piyada əleyhinə mina aşkar olunaraq işarələnib və zəruri təhlükəsizlik tədbirləri görülüb, nəticə etibarilə 2000 kv.m ərazi yoxlanılıb. Aşkar olunmuş minanın partlayış yolu ilə zərərsizləşdirilməsi növbəti gün yerinə yetiriləcək.
 
Qaradağlı kəndi – 2 əkin sahəsində 3 partlayış yerinə baxış keçirilib, partlamamış hərbi sursat aşkar edilməyib, nəticə etibarilə 17 000 kv.m ərazi yoxlanılıb.
 
Füzuli rayonu
 
Qazaxlar kəndi – 1 əkin sahəsində 12 partlayış yerinə baxış keçirilib, partlamamış hərbi sursat aşkar edilməyib, nəticə etibarilə 630 kv.m ərazi yoxlanılıb.
 
Horadiz şəhəri – 2 əkin sahəsində 2 partlayış yerinə baxış keçirilib, partlamamış hərbi sursat aşkar edilməyib, nəticə etibarilə 1640 kv.m ərazi yoxlanılıb.
 
İyunun 14-də 4 ev və həyətyanı sahə, 7 əkin sahəsi, 28 partlayış yeri, 2 ədəd partlamamış hərbi sursat (1 ədəd 9M22U raketinin (Qrad) mühərrik hissəsi və 1 ədəd 122 mm-lik OF-56 top mərmisi) aşkar olunaraq götürülüb və 1 ədəd PMN-E piyada əleyhinə mina aşkar olunaraq işarələnib, zəruri təhlükəsizlik tədbirləri görülüb və gün ərzində 56 270 kv.m ərazi təmizlənib.
 
Ümumilikdə ANAMA tərəfindən 7 aprel – 14 iyun 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində 602 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 22 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilib, 1 528 ədəd partlamamış hərbi sursat, 14 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə POMZ-2 və 7 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.
 
Hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı, məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org