Cebhede 4 mina tapildi

22:03 – xeber – Azərbaycanın cəbhəboyu rayonlarında 4 ədəd partlamamış hərbi sursat aşkar olunub.
 
Bu barədə Axar.az-a Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) bildiriblər.
 
Tərtər rayonu
 
Şıxarx kəndi – 2 ev və həyətyanı sahədə 5 partlayış yerinə baxış keçirilmiş, 1 ədəd qrad raketinin mühərrik hissəsi aşkar edilərək götürülmüş, nəticə etibarı ilə 15 000 kv. m ərazi yoxlanılmışdır.
 
Cəmilli kəndi – 1 ev və həyətyanı sahədə 7 partlayış yerinə baxış keçirilmiş və 1 ədəd qrad raketinin mühərrik hissəsi aşkar edilərək götürülmüş, nəticə etibarı ilə 8 000 kv. m ərazi yoxlanılmışdır.
 
Qarağacı kəndi – 1 ev və həyətyanı sahədə 1 partlayış yerinə baxış keçirilmiş və partlamamış hərbi sursat aşkar olunmamış, nəticə etibarı ilə 4 000 kv. m ərazi yoxlanılmışdır.
 
Ağdam rayonu
 
Qaradağlı kəndi – 3 ev və həyətyanı sahə və 1 əkin sahəsində 4 partlayış yerinə baxış keçirilmiş, nəticə etibarı ilə 4 500 kv. m ərazi yoxlanılmışdır.
 
Ballar kəndi – 1 əkin sahəsində 1 partlayış yerinə baxış keçirilmiş, nəticə etibarı ilə 10 000 kv. m ərazi yoxlanılmışdır.
 
Füzuli rayonu
 
Horadiz şəhəri – 4 əkin sahəsində 4 partlayış yerinə baxış keçirilmiş, 2 ədəd partlamamış hərbi sursat (1 partlamamış BM-21 raketi və 1 ədəd 100 mm-lik top mərmisi) aşkar edilmiş, nəticə etibarı ilə 2 389 kv. m ərazi yoxlanılmışdır.
 
01 İyun tarixində 7 ev və həyətyanı sahə, 6 əkin sahəsi, 22 partlayış yerinə baxış keçirilmiş, 4 ədəd partlamamış hərbi sursat (2 ədəd Qrad raketinin mühərrik hissəsi, 1 ədəd Qrad raketi və 1 ədəd 100 mm-lik top mərmisi) aşkar olunaraq götürülmüş və gün ərzində 43 889 kv. m ərazi təmizlənmişdir.
 
Ümumilikdə Agentlik tərəfindən 7 Aprel – 01 İyun 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində 555 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 21 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilmiş, 1 483 ədəd partlamamış hərbi sursat, 11 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə POMZ-2 və 6 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilmişdir.
 
Hal-hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org