Cebhede 109 eded mina askarlandi

21:23 – xeber – Mayın 4-də cəbhəyanı ərazilərdə  109 ədəd partlamamış hərbi sursat və 3 ədəd mina aşkarlanıb.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) 04 may 2016-cı il tarixində  Tərtər, Füzuli və Ağdam rayonlarında aşkar olunan partlamamış hərbi sursatlar (PHS) haqqında hesabat yayıb.
 
Hesabata əsasən, Tərtərin Qaynaq kəndində 1 ədəd 122 mm-lik partlamamış top mərmisi aşkar edilərək götürülüb. Tərtər şəhərinin Nizami küçəsində yerləşən ev 49A, mənzil 44 ünvanında yerləşən binanın zirzəmisində 2 ədəd piyada əleyhinə POMZ-2 minaları aşkar edilərək götürülüb.
 
Füzuli rayonu, Alıxanlı kəndində 4 ədəd 125 mm-lik tank mərmisi və 1 ədəd 120 mm-lik minaatan mərmisi aşkar edilərək götürülüb. Ağdamın Əfətli kəndində, Qarqar çayı ilə axıb gəlmiş 1 ədəd piyada əleyhinə mina PMN-E mina aşkar edilərək götürülüb. Çəmənli kəndində isə 1 ədəd 152 mm-lik top mərmisi aşkar edilərək, götürülüb.
 
Ümumilikdə Agentlik tərəfindən 7 Aprel – 4 May 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar rayonlarında və Bakı şəhərində 419 ev və həyətyanı sahə,  2 hərbi hissə, 2 kənd qəbirstanlığı, 3 kənd orta məktəbi, 1 tibb məntəqəsi,                 5 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilib, 1 413 ədəd partlamamış hərbi sursat, 11 ədəd piyada əleyhinə mina (PMN), 2 ədəd piyada əleyhinə POMZ-2 və 6 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org