Çaylarimizda dasqinlarin bas vermesine sebeb nedir?

23:24 – xeber – Azərbaycanda çaylarda daşqınların baş verməsinin əsas səbəblərindən biri onların yataqlarının ya təmizlənməməsi, ya da çox az təmizlənməsidir.
 
Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktor müavini Elbrus Əlizadə deyib.
 
E.Əlizadənin sözlərinə görə, əsas məsələ daşqınların vurduğu ziyanın qarşısını almaq yox, daşqınların baş verməsinin səbəblərini aradan qaldırmaqdır. Bunun üçün dağ, dağətəyi, düzənlik, dağətəyi düzənliklərdə olan çayların yataqları daim təmizlənməli, bütün çaylarda, xüsusilə yaşayış məntəqələrindən keçən çaylarda profilaktik meliorativ tədbirlər görülməlidir.
 
O qeyd edib ki, çaylarda daşqınların baş vermə ehtimalını azaltmaq üçün tədbirlər görülsə də, bunlar kifayət qədər deyil:
 
"Azərbaycanda bu tədbirlər demək olar ki, görülmür. Bu tədbirlər çox cüzi sayda – 1-2 sel təhlükəsi olan çayda həyata keçirilir. Çay dərələri hər il gətirilmə süxurlarla dolur. Buna görə də çayların suburaxma qabiliyyəti azalır, nəticədə çay asanlıqla sahildən çıxıb ətraf sahilləri basır. Bunların baş verməməsi üçün çay dərələrini təmizləmək lazımdır ki, çay axını üçün yol açılsın. Amma ölkədə bu tədbirlər demək olar ki, həyata keçirilmir. Əgər bu tədbirlər görülsə, çayın su buraxma qabiliyyəti artar".
 
E.Əlizadənin sözlərinə görə, İsmayıllıdakı Dəvəbatan çayında da iyunun 12-də daşqının baş verməsinin səbəbi çay yatağının demək olar ki, dolması, həmin çay dərəsinin çox hissəsinin insanlar tərəfindən mənimsənilməsi, əkin işlərinin aparılmasıdır. Bütün bunların təsirindən 12 kənd suyun altında qalıb.
 
Alim qeyd edib ki, çayın yaşayış məntəqələrini yumasının qarşısını almaq üçün çay dərələrində, xüsusilə çayın yaşayış məntəqəsindən keçən hissəsində dərəni möhkəmlətmək, orada qoruyucu beton divarlar çəkmək lazımdır.
 
Selin dağıdıcı təsir qüvvəsinin daşqının dağıdıcı təsir qüvvəsindən dəfələrlə çox olduğunu xatırladan E.Əlizadə əlavə edib ki, bu tədbirlərin görülməsi daşqınların vurduğu ziyanın dəyərindən 10 dəfə ucuz başa gəlir.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org