Çay ağaci yağinin nadir mualicevi xususiyyetleri – RESEPTLER

27 Dekabr 2015 23:48 – xeber –
Bu ən tanınmış və effektli müalicəvi efir yağlarından biridir. Bu yağ müxtəlif kremlərin, losyonların, şampunların, dezodorantların, diş pastalarının tərkibinə daxil edilir.
Olkem.az saglamolun.az-a istinadən bildirir ki, elmi araşdırmalar nəticəsində sübut olunub ki, çay ağacı yağı güclü antiseptik xüsusiyyətlərə malikdir. Bundan əlavə çay ağacı yağı
– virus və iltihab əleyhinə təsiri edir,
– göbələk infeksiyalarını sağaldır,
– öskürək, qripp, angina, sinusitlər (haymorit, frontit) zamanı çox yaxşı müalicəvi təsir edir,
– yaraları, sıyrıntıları, yanıqları sağaldır,
– dəri xəstəlikləri, herpes səpgiləri, dəridə civzələr, ziyillərvə s. zamanı istifadə olunur,
– ağız boşluğu iltihabları, damaq xəstəlikləri zamanı istifadə olunur, kariyesin qarşısını alır,
– sinir sisteminə müsbət təsir edir – sakitləşdirir, stresi və gərginliyi azaldır,
– immun sistemini stimullaşdırır.
Öskürək, bronxit zamanı çay ağacı yağı ilə inhalyasiyalar edirlər. Belə inhalyasiyalar nəfəs yollarını selikdən təmizləyir, iltihabı azaldır, nəfəsalmanı asanlaşdırır. Enli qaba isti su tökün və suya 5 damcı çay ağacı yağını əlavə edin. Bu suyun buxarından nəfəs alın.
Ayaqlarda göbələk zamanı ayaq vannasına 7 damcı yağ əlavə edin. Belə vannaları 1 həftə ərzində hər gün edin.
Stress və gərginlik zamanı vannaya 10 damcı yağ əlavə edin və 10-15 dəqiqə ərzində vanna qəbul edin.
Dodaqlarda herpes zamanı yağı səpgilərin üzərinə çəkin.
Angina zamanı 1 stəkan ilıq suya 3-4 damcı çay ağacı yağını əlavə edin və boğazınızı qarqara edin.
Saçlarda kəpək zamanı çay ağacı yağını istifadə etdiyiniz şampuna əlavə edin (3 damcı yağ + adətən istifadə etdiyiniz şampun dozası) və saçlarınızı bu şampunla yuyun.
Kariyesin profilaktikası məqsədi ilə diş fırçasına diş məcunu çəkin, 1 damcı çay ağacı yağını əlavə edin və dişlərinizi fırçalayın.

mənbə : milli.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org