Çavusoglunun Baki gorusunde ne danisildi?

09:00 – xeber – Çavuşoğlu ilə görüşdə İslam koalisiyası məsələsinin müzakirəsi ondan xəbər verir ki, Bakı heç də bu qərarı dəstəkləmir.
 
Bu barədə Axar.az-a politoloq Qabil Hüseynli açıqlama verib. Azərbaycanın Suriyaya humanitar yardım və dəstək göstərməyə hazır olduğunu deyən politoloq Bakının İslam koalisiyasına qoşulmayacağını bildirib:
 
“Azərbaycan hazırda öz ordusunu təkmilləşdirir, ərazi probleminin həllinə yönəlik strateji məsələlərin üzərində çalışır. Buna görə də rəsmi Bakı İslam İttifaqına heyət göndərməyi planlaşdırmır. Çavuşoğlu ilə görüşdə İslam koalisiyası məsələsinin müzakirəsi ondan xəbər verir ki, Bakı bu qərarı dəstəkləmir. Ancaq Türkiyə strateji tərəfdaş kimi sərhədlərində müəyyən  xidmətləri yerinə yetirən məhdud sayda qoşun kontingentinin göndərilməsini xahiş edərsə, ittifaqa qoşulmasaq da, Türkiyənin təhlükəsizlik tədbirlərinin təkmilləşdirilməsinə töhfə verə bilərik. Məsələn, Türkiyənin sərhədboyu ərazilərində, eyni zamanda, İqdır-Qars bölgəsində müəyyən sayda hərbçi yerləşdirilə bilər. Çünki Rusiya Türkiyəni təhdid edərkən əsas hərbi plasdarm olaraq Ermənistanı nəzərdə tutur. Ancaq Türkiyə də başa düşməlidir ki, Azərbaycanın özünümüdafiə və ərazi bütövlüyünün təmin edilməsi üçün nəzərdə tutulan hərbi gücünü Suriya və İraqda xərcləmək niyyəti yoxdur”.
 
Politoloq Türkiyənin Azərbaycana hər zaman diplomatik və siyasi dəstək verdiyini bildirib: “Silah yardımı, qoşun heyətinin göndərilməsi baxımından Türkiyə və Pakistandan başqa digər müsəlman ölkələri passiv mövqedə dayanıblar”.
 
Qeyd edək ki, fevralın 18-də XİN başçısı Elmar Məmmədyarov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə bir araya gəlib. Görüşdə Azərbaycanın İslam anti-terror koalisiyasında iştirakı məsələsi də müzakirə edilib. E.Məmmədyarov bu məsələyə baxıldığını bildirib.
 
Terror əleyhinə İslam ölkələrindən ibarət hərbi koalisiyanın yaradılması təşəbbüsünü Səudiyyə Ərəbistanı irəli sürüb. Ər-Riyad quruma qoşulmaq üçün ötən ilin noyabrında Azərbaycana da rəsmi təklif göndərib.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org