[r32]
– xeber –
Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu martın 12-də Rusiyaya səfər edəcək.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu barədə informasiyanı Türkiyə Xarici İşlər Nazirliyi yayıb. Səfərin üç gün davam edəcəyi bildirilib.
Səfərdə əsas məqsədin Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasına hazırlıq olacağı vurğulanıb.