23:11 – xeber – İsveçrənin Lozanna şəhərində Suriya böhranı ilə bağlı baş tutan toplantı sona çatıb.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, toplantıda çıxış edən Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu İŞİD-ə qarşı mübarizənin davam etdirilməsinin vacibliyini vurğulayıb.
Nazir bildirib ki, konfliktdən əziyyət çəkən insanlara humanitar yardımlar vaxtında çatdırılmalıdır:
“Atəşkəs Suriyanı tam əhatə etməlidir. Əsəd rejiminin də buna daxil olması lazımdır. Terror qruplaşmaları ilə bərabər şəkildə mübarizə aparılmalıdır”.
Çavuşoğlu mövzu ilə sabah Londonda yeni toplantının təşkil ediləcəyini də qeyd edib.