Canavarlar kende hucum etdi


[r32]
– xeber –
Zərdab rayonunun Bıçaqçı kəndinə hücum edən yırtıcılar bir gecədə iki fərdi təsərrüfata ziyan vurub.
Axar.az ARB TV-yə istinadən xəbər verir ki, öncə kənd sakini Kamran Musayevin fərdi təsərrüfatına soxulan canavarlar xırda buynuzlu heyvanlardan 3-nü parçalayaraq tələf edib, 33-nü yaralayıb, 7-sini isə aparıb.
Zərərçəkənin sözlərinə görə, təsərrüfatına ümumilikdə 5 min manatdan çox ziyan dəyib.
Kamran Musayev (zərərçəkən): "Canavar hardan gəlir, bilinmir. Silah da yoxdur. Bu səbəbdən tez-tez belə hadisələr baş verir. Biz də gözümüzü təsərrüfata dikmişik, ailəmizi bununla dolandırırıq".
Bıçaqçının digər kənd sakini, Kazım Məhəmməd oğlu İbrahimova məxsus təsərrüfata hücum edən canavarlar bir qoyunu tələf edib, birini isə yaralayıb. Kənd sakinləri bununla əlaqədar rayon baytarlıq idarəsinə məlumat verib. Yaralı heyvanlar nəzarətə götürülüb. Qalanlarına isə quduzluq əlehinə vaksinlər vurulub.
Son 20 gün ərzində canavarlar təkcə Bıçaqçı kəndində 35 baş xırda buynuzlu heyvanı parçalayaraq tələf edib, 50-dən çoxunu yaralayıb, 20-ni isə aparıblar.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org