Buzlar eriyir: ABŞ-in gizli nuve bazasi uze cixa biler

00:38 – xeber – Qlobal istiləşmə qarşıdakı dövrdə bir çox diplomatik böhrana səbəb olacaq.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, alimlərə görə, ABŞ-ın soyuq müharibə dövründə “bir daha ortaya çıxmaması” niyyəti ilə buz təbəqələrinin altına basdırdığı nüvə bazası qlobal istiləşmə üzündən ortaya çıxa bilər.
 
Kanadanın Toronto əyalətində Lessonde Universitetində çalışan Uilyam Kolqan qurğu haqda danışarkən deyib:
 
“İnşa edənlər bu bazanın bir daha üzə çıxmayacağını düşünmüşdü. Ancaq 1960-cı illərdə “Qlobal istiləşmə” termini belə yox idi. Görürük ki, iqlim dəyişir. Orada basdırılan şeylərin gömülmüş olaraq qalıb-qalmayacağı sualı ilə qarşı-qarşıyayıq”.
 
Dünya mətbuatı bazanın 1951-ci ildə Danimarka hökumətinin izni ilə, Sovetlər Birliyini birbaşa vura biləcək nüvə raketlərinin saxlanılması üçün inşa edildiyini və bu nəhəng mərkəzdə müxtəlif elmi araşdırmaların aparıldığını xatırladıb. Daha sonra hərəkət halında olan buzların risk yaratdığı məlum olub. 1967-ci ilə qədər araşdırma mərkəzi olan bazanı tərk ediblər.
 
Xəstəxana, kinoteatr, market, laboratoriya və bir kilsəsi olan bu amerikan bazasında 200 min litr dizel yanacağı, bir o qədər su, miqdarı bilinməyən radioaktiv maddələr olduğu təxmin edilir.
 
Hazırda buz təbəqəsinin qalınlaşdığını və 35 metrə yüksəldiyini deyən Kolqan bir müddət sonra prosesin əksinə dəyişəcəyini qeyd edib:
 
“Bir müddət sonra buzların əriməsi hər il yağan qarın miqdarını keçəcək. Hər il yeni bir buz təbəqəsi yox olacaq. Qlobal istiləşmə bu sürətlə davam edərsə, 2090-cı ildə Sentri bazasının gün üzünə çıxmasına əngəl ola bilməyəcəyik”. 

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org