"Butun xerclerimi onlar odedi…"

1 Mart 2016 16:26 – xeber –

Bir müddətdir istirahət edirdim, xarici ölkələrdə idim. İndi Azərbaycana gəlmişəm. Düşündüm ki, gəlib bir az görünüm. Martın sonunda konsert keçirəcəm, 1 həftə sonra yenidən istirahətə gedəcəm.

Olkem.az xeber verir ki, bu sözləri qafqazinfo-ya açıqlamasında Namiq Qaraçuxurlu bildirib.
Meyxanaçı vurğulayıb ki, yenidən istirahətə yola düşəcək:
"Uzun müddətdir istirahət etmirdim. Yay fəslində belə özümə vaxt ayırmırdım. Bunların hamısı yığıldı, fikirləşdim ki, bir müddətlik ölkədən uzaqlaşım. Səfərlərim sırasında Çin də var idi. Yəqin ki, ora çatma vaxtı hər kəsə məlumdu, çox uzaqdı. Düşündüm ki, bir də buraya gəlməyəcəm, bir az da artıq qalım. Çində insanlara həm qazanmaq, həm də yaşamaq üçün böyük şərait yaradıblar. Orada hər şey ucuzdu. Hələ Şanxay şəhəri çox bahalı sayılır. 4-5 nəfər restoranda oturduq, hər şey də yedik. 30-40 manat hesab gəldi. İnanmıram ki, Azərbaycanda da belə ucuzluq ola bilər. Hətta restoranda sizə qəbz də verirlər. Gələn dəfə restorana yaxınlaşanda 50 faiz endirimdən yararlanmaq olur".
Namiq Qaraçuxurlu səfərlərə xərclədiyi maliyyədən də danışıb:
"Səyahətlərə pul xərcləmirəm. Bu dəfə dostlarım dəvət etdi. Çin səfərimdə bilet, otel və.s xərcləri dostum üzərinə götürdü. Buna səbəb isə uzun müddətdir onların qulluğunda olmağımdır. Yaxınlarım isə bunun əvəzini çıxdılar. İndi o limitlərdən istifadə edirəm".

milli.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org