Bunyadovun adindan goplayan alimciyez… – Millet vekili


[r32]
– xeber –
Azərbaycanın bütövlüyü pərdəsi altında fars-sasani dünyagörüşünü təbliğ edən bu şərəfsiz vətən xainlərinin hər dəfə bizimlə bağlı böhtanları ilə qarşılaşanda anlayırıq ki, çıxışlarımız tam hədəfə dəyib.
Kult.az xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa qeyd edib. O bildirib ki, qum rejiminin uzantısı kimi illərdir fəaliyyət göstərən Şah İsmayıl Səfəvi səhifəsi barədə bir neçə dəfə yazıb:
"Orada qonşu ölkənin bütün siğədən doğulan cocuqları istənilən hədyanı, söyüşü fürsət tapıb şəxsimizə yağdırırlar. Onları dəstəkləyən bizim millətdən olan nadanlar da anlamalıdırlar ki, kimin dəyirmanına su tökürlər. Bu dəfə də guya dəyərli alimimiz Ziya Bünyadovu gopçu adlandırdığımızı iddia ediblər. Ancaq bizim Ziya Bünyadovun adından yalan söyləyən alimciyəzi gopçu adlandırdığımız məlum videodan da açıqca görünməkdədir”.
Millət vəkili vurğulayıb ki, ilk olaraq saxta qəhrəmanlar barədə Məhəmməd Əmin Rəsulzadənin görüşlərini dilə gətirib və məhz onun baxışlarını müdafiə etdiyini bildirib:
"Məhəmməd Əmin Rəsulzadənin tarix anlayışı ən məntiqli və əsaslandırılmış bir anlayışdır. Maraqlıdır ki, bu saxtakarlar da Məhəmməd Əmin Rəsulzadənin səhv yazdığını qorxudan sübut etməyə çalışmırlar? Azərbaycanın durumu həqiqətən ağırdır. Bunların ağaları erməniləri dəstəkləyir, o ağaların uşaqları da bizim saxta milliyətçilərlə birləşib səfəvilik, xürrəmilik adı altında guya Azərbaycanın bütövləşməsi uğrunda mübarizə aparırlar, əsl həqiqətdə isə Şah İsmayıl Səfəvi səhifəsi yaradıb İrandan gələn təlimatları icra edirlər. Bu türk düşmənlərinə qarşı ən sərt formada mübarizədə varam”.
Qeyd edək ki, Lider TV-də yayımlanan “Status” verilişinin canlı efirində deputat Fazil Mustafa ilə tarix üzrə fəlsəfə doktoru Dilavər Əzimli arasında gərgin anlar yaşanıb. D.Əzimli Babəkin Azərbaycanın tarixi şəxsiyyəti və cəsur türk sərkərdəsi olduğunu dilə gətirib. O, türklərin bölgədəki mövcud olma tarixi barədə nümunələr çəkib. Lakin F.Mustafa alimi “gop” danışmaqda ittiham edib.

axar.az

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org