"Bunu dusunende meni aglamaq tutur" (FOTO)

21 Sentyabr 2016 15:14 – xeber –
Aparıcı hacı Nuran Hüseynov ötən gün Həcc ziyarətindən qayıdıb. 
Olkem.az xeber verir ki, aparıcı keçirdiyi hissləri axşam.az-la bölüşüb:
"İlk dəfə 2003-cü ildə ziyarətdə olmuşam. Keçirdiyim hissləri təsəvvür etmək mümkün deyil. İnstaqram-da şəkil qoymayacağımı demişdim. Amma sonra müqəddəs yerləri gördüm, düşündüm ki, bu, bir təbliğatdır. Demişdim ki, sağalım qismət olsa, Həcc ziyarətinə gedim. Yaxşı insanlar məni bu arzuma çatdırdı. Sürpriz oldu, dedilər, pasportu ver, bilet alaq. Bir də gözümü açdım ki, təyyarədəyəm. Dostlarım, xalqım, torpaqlarımızın qayıtması, müharibənin bitməsi üçün dua etdim. Tanıdığım bir çox xəstə insanlar üçün şəfa dilədim".
Hacı Nuran yeni verilişlə efirə qayıtması ilə bağlı məsələyə aydınlıq gətirib:
"Veriliş olmalıydı. Ziyarətə getdim, vaxt uzandı. Özümü başqa sahədə görmürəm. Qismət olsa, istəyirəm. Bir-iki kanaldan dəvət almışam. Amma məkanı dəyişmək istəmirəm, "Xəzər" o qədər doğmadır ki… Bu kanalı çox istəyirəm".
Aparıcı bildirib ki, müayinə üçün yenidən Almaniyaya yola düşəcək:
"Səfərim gözlənilir, hər iki aydanbir müayinəyə getməliyəm. Hər dəfə uzadıram. Ora o qədər mənə darıxdırıcıdır ki, gedə bilmirəm. Üç-dörd il çox stress yaşamışam. Ora getməyi düşünəndə məni ağlamaq tutur. Xəstəxana beşulduzlu otel kimidir, amma yenə də iyi məni birtəhər edir. Bu yaxınlarda onkologiya mərkəzinə getdim, oradakı aparatları görmək belə məni pis etdi. Oktyabrın sonunda yenidən Almaniyaya gedəcəyəm".

milli.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org