Bunu dehset icerisinde oxudum…


[r32]
– xeber –
6 günlük Mələyin qətli ilə bağlı bir az əvvəl yayılmış son məlumatı dəhşət içərisində oxudum. Bir Qadın, bir Nənə, bir İnsan bunu edə bilməz! Bunu edən insan cildindəki vəhşidir.
Şokdayam. Bizim ölkədə, bizim millətimiz arasında belə ailənin olmasından insan utanır. Birinci övlad qız olub deyə, ananı ailə üzvləri 4 dəfə aborta məcbur ediblər. Mələk 5-ci olmalıymış, amma qədər imkan vermək istəməyib bu ədalətsizliyə. Onu da doğulandan 6 gün sonra qətlə yetirib “Nənə”. Bir insan bu qədər qəddar, acımasız necə ola bilər…
6 günlük körpəni əzabla öldürmək…
Ən ağır cəzanı almalıdır. Ən ağır. Kimsə “sən qadınsan, o qadına bir az da olsa, acımalısan” deyə düşünərsə, yanılır. Çünki 6 günlük körpəni qəddarlıqla öldürən Qadın ola bilməz! O qadınlıq adına bir ləkədir, utancdır və layiq olduğu cəzanı almalıdır ki, bu cür şeytan ruhuna sahib olanlara da dərs olsun. Amma məsələ sadəcə bununla bitmir. Bəs qız övladına qarşı bu qədər qəddar bir düşüncəyə sahib bu ailənin sizcə düşüncəsi bu dəhşətli hadisədən sonra dəyişəcəkmi?
Açığı inanmıram. Bir qadını 4-5 dəfə bir-birinin arxasınca bətnindəki qızdır deyə aborta (bu qədər abortun ana orqanizmi üçün nə qədər zərər olduğunu düşünmədən, bunun nəticəsində həyatını itirə biləcəyinı vecinə almadan) məcbir edən zehniyyətin bundan sonra dəyişəcəyinə o qədər də inanmıram. Nə yeyir, nə içir, hansı dünyada yaşayır bu insanlar ki, qız övladına qarşı bu qədər amansızdırlar anlamıram…
Nədən? Nədən axı… Nə edib sizə bu qızlar? Ən gərgin, kədərli, xəstə anınızda oğul övladdan da öncə gəlib dərdinizi bölməsi, hər əziyyətinizə qatlanmasıdırmı günahları?!
Televiziyalarımızda şoulara deyil, maarifləndirmə proqramlarının artamasına ehtiyac var. Bu düşüncələri dəyişə bilmək, bu düşüncəyə düşənlərin xətalarını anlamasına vəsilə olan, gənc nəsilləri daha doğru fikir, düşüncə, yanaşmaya səsləyən proqramların artması lazımdır. Hər dəfə deyirik, amma təsiri, təssüf ki, azdır.
Hamımız, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi, hər rayonda yerli qurumlar, millət vəkilləri, QHT və KİV birlikdə bu cür düşüncələrə qarşı, onların artmaması üçün daha da ciddi mübarizə aparmalıyıq.
Mələk balamıza Allahdan rəhmət diləyirik. Bir qızımızı da qoruya bilmədik. Bizi bağışla, Mələk. Sənin çığlıkların qız övladına ikinci sinif insan kimi baxan zehniyyətlərin qəlbinə bir az da olsa təsir edə biləcəkmi, deyə bilmərəm… Amma yeni Mələklərin sənin taleyini yaşamaması üçün cəmiyyət olaraq daha da çox çalışacağımıza bir az da olsa ümid edirəm. Mələyin anasına nə ilə təsəlli vermək olar, bilmirəm… Onun acısını hər yerdən hiss edə bilərik. Və gələcəkdə bu acını yaşayan qızlarımızın olmamasını istəyiriksə, o gün bu gündür.
Hər kəs özündən, ətrafından başlamalıdır mübarizəyə. Qız və ya oğlan, fərqi yoxdur. Övlad övladdır. Onun sadəcə yaxşısı, pisi var!

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org