Bunlar mesuliyyetsiz surucunu cezasiz qoyur – Ekspert


[r32]
– xeber –
Sərnişin dolu marşrutu sərxoş halda idarə edən sürücülük hüququ olmayan sürücü qanundakı boşluqlara görə məsuliyyətdən can qurtara bilir.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri hüquqşünas Ərşad Hüseynov qanunlardakı bəzi qüsurların olması ilə bağlı danışarkən deyib.
Qanunlarımızdakı qüsurlararın bəzi hallarda hər şeyi iflic edir. Cəza almalı adam qanundakı boşluğa görə cəzasız qala bilir. İnzibati Xətalar Məcəlləsinin 334.4-cü maddəsi sürücülük hüququ olmayan sərxoş şəxsin avtobusu sərnişinlər ola-ola idarə etməsinə görə 1 aydan 2 ayadək həbs nəzərdə tutur. DYP əməkdaşları belə bir fakt aşkarlayırlar, protokol tərtib edərək işi məhkəməyə verirlər (bu işə yalnız məhkəmə baxa bilər).
Hakim araşdıranda görür ki, bu adam 2-ci qrup əlildir. İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsi isə konkret olaraq 2-ci qrup əlili inzibati qaydada həbs etməyi qadağan edir. Hakim tanışım deyir ki, indi mən nə edim? Məsləhət verdim ki, məsuliyyətdən azad et, getsin gəzməyinə, çünki sanksiyanı dəyişmək də nəzərdə tutulmur. O da elə belə də edib. Yəni qanundakı qüsura görə belə bir təhlükəli əməli törədən adam tam məsuliyyətdən kənar qalır”, – ekspert bildirib.

axar.az

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org