Bunin: “Şahdag mənim boyuk kəsfimdir…” – Foto

08:00 – xeber – Rusiyanın “Serebryanıy dojd” radiostansiyasının “Bon voyaj” verilişinin aparıcısı və məşhur səyahətçi Aleksandr Bunin Moskva-Baku.ru saytının əməkdaşına müsahibə verib.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bütün dünyanı gəzib Yeni il tətilində ölkəmizə səfər edən A.Bunin Azərbaycana səfər etməyin 5 əsas səbəbini açıqlayıb.
 
Bunin bildirib ki, ölkəmizə səfər etməyinin birinci səbəbi Azərbaycanın şərq mətbəxinin təamlarından zövq alınacaq bir ölkə olmasıdır.
 
İkinci səbəb olaraq “Azərbaycan Hava Yollarının ən tələbkar turisti belə yaxşı mənada təəccübləndirə bildiyi” qeyd olunub. Səyahətçi səfəri zamanı ilk təcrübəsinin də elə buradan başladığını, Azərbaycana məxsus yeni AZAL Boinq-767 təyyarəsinin rahatlığı, yeniliyi, ideallığı, qonaqpərvərliyi və yeməklərin çoxçeşidli olması ilə onu çox təəccübləndirdiyini bildirib. Bunin Azərbaycana səfər edəcək olan hər bir turistə bu aviaşirkətə müraciət etməyi tövsiyə edib.
 
Üçüncü səbəbi “Paytaxt Bakı qədimiliyin, müasir üslubda olan memarlıq nümunələrinin və əzəmətli göydələnlərin birləşdiyi sehrli bir şəhərdir” deyə bildirib. İçərişəhərin hələ də öz qədim sehrini qoruyub saxlaması, bir zamanlar eşitdiyi və oxuduğu məlumatların canlı şahidi olması onda böyük təəssürat oyadıb. Bakıda aparılan tikinti işlərinin genişmiqyaslılığı, yeni binaların düşünülmüş arxitekturası, mərmərdən və bürüncdən olan çilçıraqları ilə diqqəti çəkən yeraltı piyada keçidlərinin möhtəşəmliyi onu heyran qoyduğunu deyib. O, yeni memarlıq işlərinin Bakının müasir siması olduğunu da vurğulayıb.
 
Dördüncü səbəb kimi “Azərbaycanın qonaqpərvərliyi hər bir xırda detalda belə əks olunur”, – deyə, qeyd edib. Qonaq oteldə və restoranlarda qarşılaşdığı yüksək qonaqpərvərlikdən böyük məmnunluğunu bildirib, eyni zamanda qiymətlərin münasib olduğunu vurğulayıb.
 
Beşinci səbəb kimi isə “Şahdağda xizək tətili keçirmək heç də Avropa kurortlarından geri qalmır”, – deyə, qonaq bildirib.
 
Səyahətçi Şahdağ Turizm Mərkəzini özünün böyük kəşfi adlandırıb. Səyahətçi bu mərkəzin dövlətin maliyyə vəsaiti hesabına inşa edilməsindən təəccübləndiyini bildirib, buna görə Azərbaycan hökumətinə təşəkkür edib: “Artıq görünür ki, Şahdağ istirahət və bütövlükdə turizm üçün perspektivli məkandır, burada işlər yüksək keyfiyyət və zövqlə görülüb, dünya səviyyəli kurortdur”.
 
Müsahibənin sonunda Aleksandr Bunin maraqlı səfərlərindən sonra sosial şəbəkələrdə insanlara məsləhətlərini mütləq verdiyini deyib və bildirib ki, artıq onun bütün izləyiciləri Azərbaycan haqqında yazdıqlarına müsbət münasibət göstərib, bu ölkəyə səfər edəcəklərini qeyd ediblər.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org