17:26 – xeber – Almaniya Bundestaqında 1915-ci il hadisələri ilə bağlı qətnamənin əleyhinə səs verən yeganə millət vəkilinin adı bəlli olub.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, sözügedən millət vəkili hakim Xristian Demokrat İttifaqı Partiyasının üzvü Bettina Kudladır.
O, açıqlamasında bu məsələnin Almaniya parlamentinin vəzifəsi olmadığını bildirib:
“Məsələyə qiyməti Türkiyə və Ermənistan verməlidir. Türkiyə ilə əlaqələr bu qərardan sonra korlanacaq”.
Qeyd edək ki, bir saat öncə Almaniya Bundestaqı 1915-ci il hadisələrini “erməni soyqırımı” kimi tanıyıb. Səsverməyə çıxarılan qanun layihəsinin əleyhinə yalnız bir deputat səs verib, bir deputat isə bitərəf qalıb.