Bundan yaxsi hediyye ola bilmez – Resad Sadiqov

21:04 – xeber – Azərbaycan millisinin kapitanı Rəşad Sadıqov önəmli matç öncəsi maraqlı açıqlamalar verib. 
 
Musavat.com saytının verdiyi məlumata görə, o, bu gün keçirilən mətbuat konfransında DÇ-2018-in seçmə mərhələsində Norveçlə keçiriləcək qarşılaşma ilə bağlı fikirlərini bölüşüb:
 
“Rəqibin oyun üslubu dəyişib. İndi hücumda daha sürətli oynayırlar. Müdafiəçilərin üstünə yük düşəcək. Diqqətli olmalıyıq. Nəticənin uğurlu olması üçün əlimizdən gələni edəcəyik”.
 
Sadıqov Norveçli jurnalistlərin millimizin mətbuat konfransına qalmadılar. Bu, onların yığmamıza ciddi yanaşmaması anlamına gəlir» sualına, belə cavab verib:
 
 "Düşünmürəm ki, komanda bizi ciddiyə almır. Çünki Bakıda qələbə qazansalar da, yaxşı oyun göstərmişdik. Güclü rəqibdi, asan olmayacaq. Bizi kimsə qınaya bilər ki, rəqiblərə güclü deyirsiniz. Amma milli səviyyəsində zəif rəqib olmur. Məğlubiyyət haqda düşünmürük. Həmin jurnalistlərin burda olmaması isə bizim üçün önəmli deyil. O jurnalistlər özlərinə qarşı hörmətsizlik ediblər. Çünki bura gəliblərsə, yazmaq işləridi. Sizin burda olmağınız bizim üçün yetərlidir". 
 
Təcrübəli futbolçu zədəsinin ciddi olmadığını əlavə edib: “Fiorentina” ilə matçın sonlarında zədələnmişdim. Həmin vaxt meydandan çıxmaq düzgün deyildi. Zədəm ciddi deyildi. Sabahkı oyuna da hazır olub-olmadığımı baş məşqçi deyəcək”.
 
– Millimizin qrup mərhələsindəki şansları nə qədərdir? 
 
– Bəlkə də, qrupdan çıxmağı mənim qədər istəyən yoxdur. Çünki son seçmə mərhələmdi. Bəlkə də, sabah ən önəmli matça çıxacağıq. Bunu deyib stressə salmaq istəmirəm. Rəqibin gücünü dərk edirik. Qrupdan çıxmaq üçün əlimizdən gələni edəcəyik. Mənim üçün karyeramın sonunda bundan gözəl hədiyyə ola bilməz”.
 
 –  "Qarabağ"da hücuma daha çox qoşulursan. Millidə bunu nədənsə az görürük.
 
– "Qarabağ"la millinin rəqibləri fərqli olur. Rəqibin imkan verdiyi qədər hücuma keçə bilirəm. Millidə də hücumlara keçdiyim vaxtlar olur. Amma qol vurmaq hər zaman mümkün olmur. Təbii ki, oyunun gedişinə görə hücuma keçə bilərəm. Niyə də yox?”

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org