Bundan sonra bu dille danisacagiq – Video


[r32]
– xeber –
Qənirə Paşayeva İstanbulda Böyükşəhər bələdiyyəsi və Türk Ədəbiyyatı Vəqfinin birlikdə təşkil etdiyi “Xocalı soyqırımının 25-ci ildönümü” adlı konfransda geniş məruzə ilə çıxış edib.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, Əli Əmiri Əfəndi Mədəniyyət Mərkəzində şair Özcan Ünlünün sədrlik etdiyi konfransda millət vəkili ilə yanaşı, xalq şairi Sabir Rüstəmxanlı, yazar İmdad Avşar, Mədəniyyət Universitetinin dosenti Bəxtiyar Aslan da iştirak edib.
Konfransdan öncə Xocalıda yaşanan vəhşilikləri əks etdirən film nümayiş olunub.
S.Rüstəmxanlı çıxışında Qarabağın tarixindən və taleyindən bəhs edib.
B.Aslan Ərdahan bölgəsindəki erməni vəhşiliklərindən və ermənilər tərəfindən qətlə yetirilən türklərin kütləvi məzarlarından danışıb.
İmdad Avşar isə türklərin bu torpaqlarla bağının qoparılması siyasətinin yüz illərdir davam etdirildiyini bildirib.
Q.Paşayeva çıxışında türk dünyasına səslənərək Xocalı soyqırımı həqiqətlərinin yayılmasında səyləri artırmağa çağırıb:
“Xocalı soyqırımını törədənlər ədalət qarşısında cavab verməlidir. Biz Bu məsələni hər an dünya gündəmində saxlamaq üçün bu dövrün dili ilə danışacağıq. Bu dövrün dili isə kino, internet, virtual aləm, ədəbiyyat və sənətdir. Qarabağ həqiqətlərini və Xocalı soyqırımını bütün dünyaya çatdırmaq və cinayətkarların ədalət qarşısında cavab vermələri üçün hər imkandan istifadə etməli, ən azından bu faciəni vicdanlarda məhkum etdirən sənədli filmlər, kinolar artırılmalı, dünyanın bir çox dillərinə tərcümə edilərək yayılmalıdır”.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org