“Buna gore hec kim hec kimi qinaya bilmez…”

08:30 – xeber – Azərbaycan ədəbiyyatı nümunələrinin Qərb oxucularına çatdırılması üçün nə təklif edərdiniz?
 
Axar.az əyalətdə yaşayan yazar Nisə Bəyimin suala verdiyi cavabı təqdim edir:
 
“Ədəbiyyat insan duyğularının, təfəkkürünün məhsulu olduğu üçün milli dəyərlərdən öncə, bəşəri dəyərlərin daşıyıcısıdır. Düzü, mən heç vaxt ədəbiyyat anlayışını coğrafi sərhədlərlə məhdudlaşdırmaq fikrində olmamışam. Bəşəriyyətin yaratdığı bütün gözəlliklər – musiqi, rəsm, memarlıq, teatr, kino dünya üçündür. Belə baxanda, dünya o qədər kiçikdir ki, onu bir daha nəyəsə bölmək doğru deyil. Xüsusən, indiki zamanda. Bütün xalqların folkloruna və mifologiyasına nəzər salsaq, onların məzmunca, ideyaca biri-birinə nə qədər yaxın olduğunu görəcəyik. Bizim “Göyçək Fatma”mız var, qərbin “Zoluşka”sı. Bunlar biri-birindən çoxmu fərqlənir? Qrim qardaşlarının, Andersonun nağıllarının bizim nağıllardan çoxmu fərqi var? İncəsənət və texniki tərəqqi bəşərin bölüşəcəyi, anlaya biləcəyi və sevəcəyi dəyərlərdir. Şərq və Qərb məsafəcə biri-birindən fərqli ola bilər, amma insan faktoruna, yaşam dəyərlərinə görə, heç nədə fərqlənmir. İnsanın sevgisi, nifrəti, kədəri, arzuları hər yerdə eynidir. Düşünmürəm ki, hər hansı xalqın yaratdığı ədəbiyyat biri o birindən zəif və ya üstündür. Doğrudur, ədəbiyyat həm də şəxsiyyət və xarakter məsələsidir. Amma dərin düşünəndə şəxsiyyəti və xarakteri də zaman və şərait yetişdirir.
 
Biz Qərb ədəbiyyatını necə maraqla oxuyuruqsa, Qərb də Şərqi eləcə maraqla oxuyur. Düşünürəm ki, ədəbiyyatı bütöv bir kütlə halında danışa bilməyimizin səbəbi tərcümədir. Sovet dönəmində güclü tərcümə siyasəti olmasaydı, biz Qərb ədəbiyyatını bu qədər dərinliyi və zənginliyi ilə bilərdikmi? İnanın, fransız ədəbiyyatını ən azından fransızlar qədər oxumuşam. Son dövrü çıxmaq şərti ilə. O zamanlar heç bir əcnəbi dil bilmədən də dünya ədəbiyyatını oxumaq mümkün idi. Bizim ədəbiyyatdan kim təqdim olunubsa Avropaya, onu da eyni sevgi ilə qarşılayıb qəbul ediblər. Məsələn, mən Nizaminin və Vazehin adını çəkə bilərəm. Əgər başqa müəlliflər də təqdim olunsaydı, o da eyni uğuru qazanardı. Mənim öz milli ədəbiyyatımızın ümumdünya ədəbiyyatından geri qalması və ya zəif olması yönündə heç bir kompleksim yoxdur. Bir sözə həssas yanaşan, duyğulu və istedadlı xalqıq. Əminəm ki, M.F.Axundov kimi dramaturqun və nasirin yaradıcılığı Qərb oxucusunda böyük maraq yaradar. Və yaxud Mirzə Cəlilin nəsri və dramaturgiyası, Cabbarlının, Cavidin böyük miqyaslı, qlobal, bəşəri problemləri təsvir edən irsi böyük sevgi və rəğbətlə qarşılanar.
 
Biz Latın Amerikası ədəbiyyatını oxuyuruq. Nəyin sayəsində? Əgər Paulo Koelyonu və başqa məşhurları ruslar tərcümə edib, böyük tirajla yaymasaydı, biz çox yazıçının əsərlərini tanımayacaqdıq. Bizdə yapon və ya çin dilini bilən varmı? Tərcümədə azsaylı yapon yazıçısını tanımağa nail olmuşuq. Bizim müasir ədəbiyyatımız da əvvəl olduğu kimi, tərcümə sahəsində çox uduzur. Şeiri tərcümə eləmək çox çətindir, bilirəm, buna xüsusi peşəkarlıq lazımdır. Amma nəsri ki çevirmək olar. Bizim hər birimiz nəsə yazan zaman onu daha çox insanın oxumasını istəyirik. Yazıçı üçün şöhrət, tanınmaq arzusu təbii bir duyğudur. Bunun üçün heç kim, heç kimi qınaya bilməz. Mən də çox istərdim, müasir ədəbiyyatımızdan nümunələr başqa xalqların dillərinə tərcümə olunsun. Bunun üçün böyük maddi vəsait və peşəkar kadrlar lazımdır.
 
Soruşursunuz ki, kimin əsərinin təqdim olunmasını istərdim? İnanın, çoxlu sayda yazıçının tərcümə edilməsini istərdim. Heç olmasa, ən yaxşı bir ədəbiyyat adamının tərcüməsini təşkil edəydilər. Əgər mən – Nisə Bəyim bir Azərbaycan yazıçısının romanını maraqla oxuyuramsa, əmin olun ki, dünyanın hansısa yerində, hansısa bir insan o romanı mənim qədər maraqla oxuyacaq. Çoxmənalı, hikmətli bir ifadə var, mən bu kəlamı çox sevirəm, bunu Lermontovda oxumuşdum ilk dəfə: “Hər bir insanın tale hekayəsi bir xalqın taleyi qədər maraqlı və önəmlidir”. 18-ci əsrdə ruslar romançılığı fransızlardan öyrəndilər, amma 19-cu əsrdə daha güclü ədəbiyyat yaratdılar. Hər bir xalqın mənəvi taleyində yüksəliş və tənəzzül dövrü olur. Baş verən hadisələrin təsiri birbaşa ədəbiyyatda əks olunur.
 
Şübhəsiz ki, bu tarixi keçid yeni mənəvi stimullaşma mərhələsidir. Müstəqillik dönəmində xaosdan doğulan əsərlər də meydana çıxdı. İndi qələm yoldaşlarımdan kiminsə əsərinin adını çəkib, başqa birinin xətrinə dəymək istəmirəm. Əgər əlimdə elə bir imkan və səlahiyyət olsaydı, xoşuma gələnləri tərcümə etdirərdim. Əlbəttə, öz romanlarımdan da birinin tərcümə olunmasını mütləq istəyərdim. Təsəvvür edirsinizmi, Avropa və ya yapon oxucusu “Onlayn” və “Təkbuynuzlu”nu oxuyur. Gözəl mənzərədir, deyilmi? Niyə də oxumasın? Fantastika hər zaman maraqla qarşılanır. Vaxtilə Jül Verni o qədər sevgi ilə oxumuşam ki! Gerçəkdən, bütün yaradıcı adamlar kimi, çox istərdim ədəbiyyatımız dünya ədəbiyyatı sırasında layiqli yerini tutsun. Hər şeydən əvvəl ədəbiyyatın özü mənəvi dəyərdir.
 
Mən yaxşı olan, tərəqqiyə aparan biliklərin öyrənilməsinin tərəfdarıyam. Yazıçı həm fiziki, həm mənəvi cəhətdən azad olmalıdır. İçindəki buxovları qıra bilməyən, səmimi və dürüst olmayan yazıçının əsəri də eyni keyfiyyətin daşıyıcısı olacaq. Biz əvvəlcə asılılıq duyğusundan azad olmalıyıq. Harada yaşamasından asılı olmayaraq, yazıçı üçün – istedad, zəhmət, səmimiyyət, cəsarət və dürüstlük vacib olan keyfiyyətlərdir. Yazıçı tarixi keçmişini bilməklə yanaşı, hər bir yeniliyə, dəyişikliyə açıq olmalıdır. Ədəbiyyat təkcə özünü ifadə etmək deyildir, o, keçmiş və gələcəyin kəsişdiyi konkret bir zamanın məhsuludur”.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org