13:11 – xeber – Formula-1 Avropa Qran-prisi ilə əlaqədar Dənizkənarı Milli Park 5 gün bağlı olacaq.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, park iyunun 15-də gecə saat 00:00-da bağlanacaq və yalnız bileti olanların iyunun 16-da saat 14:00-dan etibarən Bulvara keçməsinə icazə veriləcək.
Şəhər sakinləri bu günlər ərzində sadəcə “Park Bulvar” alış-veriş mərkəzindən məhdudiyyətsiz istifadə edə biləcəklər.
Əhalinin girişinə qoyulan qadağa iyunun 20-də saat 12:00-da götürüləcək.