Budcede sosial yonumlu xercler artirildi

13:39 – xeber – 2016-cı ilin büdcəsində sosialyönümlü xərclər 1 290,0 mln. manat artırılıb.
 
Publika.az xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.
 
Büdcə müzakirələri ilə bağlı keçirilən iclasda çıxış edən palata sədri qeyd edib ki, 2016-cı ilin dövlət büdcəsində dəyişikliklər edilməsi zərurəti dünya iqtisadiyyatında baş verən proseslərlə bağlı yaranıb: “Bu proseslər Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşmür. Çünki Azərbaycan iqtisadiyyatı da dünya iqtisadiyyatında baş verən ictimai-siyasi proseslərin tərkib hissəsidir”.
 
Vüqar Gülməmmədov diqqətə çatdırıb ki, müəyyən sosial tədbirlərin maliyyə təminatı üçün dəqiqləşdirilmiş dövlət büdcəsinin xərclərində əlavə olaraq 1 290 milyon manat vəsait nəzərdə tutulub ki, bununla da dövlət büdcəsində sosialyönümlü xərclərin xüsusi çəkisi 1,7 faiz bəndi artaraq 37,8 faiz təşkil edəcək.
 
O qeyd edib ki, Dövlət Gömrük Komitəsinin xətti ilə təmin edilən dəqiqləşdirilmiş daxilolmaların proqnozu 1 810 milyon manat təşkil edir ki, bu da təsdiq edilmiş proqnozla müqayisədə 220 milyon manat çoxdur.
 
Digər gəlirlər üzrə daxilolmalar isə 75 milyon manat proqnozlaşdırılır. Bu da 2016-cı ilin təsdiq edilmiş proqnozuna nisbətən 13 milyon manat və ya 21 faiz çoxdur: “2016-cı il dövlət büdcəsinin dəqiqləşdirilmiş gəlirləri 16 822,0 mln. manat proqnozlaşdırılır ki, bu da 2016-cı ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 2 256,0 mln. manat və ya 15,5% çox, 2015-ci ilin icrası ilə müqayisədə isə 334,8 mln. manat və ya 2,0% azdır.
 
ARDNF-dən dövlət büdcəsinə transfertin məbləği manat ifadəsində təsdiq olunan məbləğdən 1 615,0 mln. manat və ya 26,9% çox olsa da, ABŞ dolları ifadəsində təsdiq olunmuş büdcə ilə müqayisədə transfertin məbləği 1 000,0 mln. dollar azaldılıb və bu məbləğdə Fondun qalığına qənaət edilir.
 
Dövlət büdcəsinin daxilolmalarının tərkibində qeyri-neft sektoru üzrə büdcə gəlirləri 7 597,0 mln. manat və ya 45,2% nəzərdə tutulur ki, bu da 2015-ci ilin icra göstəricisi ilə müqayisədə 659,2 mln. manat və ya 4,8 faiz bəndi çoxdur.
 
Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 7 010,0 mln. manat daxilolma nəzərdə tutulur ki, bu da 2016-cı il üzrə təsdiq olunmuş proqnozdan 408,0 mln. manat və ya 6,2% çoxdur. Proqnozlaşdırılan daxilolmaların 23,0%-i və ya 1 610,0 mln. manatı neft sektorunun, 77,0%-i və ya 5 400,0 mln. manatı qeyri-neft sektorunun payına düşür.
 
Vergi orqanlarının xətti ilə qeyri-neft sektorundan 5 400,0 mln. manat vergilərin daxil olması nəzərdə tutulur ki, bu da 2016-cı ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 588,0 mln. manat və ya 12,2 % çoxdur.
Qeyri-neft sektorundan vergi daxilolmalarının məbləğinin artmasının səbəblərindən biri manatın yeni məzənnəsinin nəzərə alınması olub”.
 
Gülməmmədov bildirib ki, dəqiqləşdirilmiş büdcədə müdafiə xərcləri 2 228,835 mln. manat nəzərdə tutulub ki, bu da 2016-ci ilin təsdiqlənmiş büdcəsindən 21,3% çoxdur.
 
“Sosial tədbirlərin maliyyə təminatı üçün dəqiqləşdirilmiş dövlət büdcəsinin xərclərində əlavə olaraq 1 290,0 mln. manat vəsait nəzərdə tutulub ki, bununla da dövlət büdcəsində sosialyönümlü xərclərin xüsusi çəkisi 1,7 faiz bəndi artaraq 37,8% təşkil edəcək.
 
Dövlət borcuna və öhdəliklərinə xidmət edilməsi ilə bağlı xərclər də 42,0% artırılaraq 1 775,097 mln. manat təşkil edib. Təsdiqlənimiş büdcədə bu göstərici 1 249,735 mln. manat olub.
Nəticədə, icmal büdcənin gəlirləri 15 738,6 mln. manat nəzərdə tutulur ki, bu da təsdiq edilmiş büdcəyə nisbətən 981,5 mln. manat və ya 5,9% azdır. Xərclər isə təsdiq edilmiş büdcəyə nisbətən 23,1% və yaxud 4 610,2 mln. manat artırılaraq 24 566,6 mln. manata çatdırılır. Yenidənbaxılma ilə icmal büdcənin kəsiri 8 828,0 mln. manat, Dövlət Neft Fondunun gəlirləri nəzərə alınmadan icmal büdcənin kəsiri isə 12 309,3 mln. manat təşkil edəcək”, -palata sədri deyib.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org