Bu yolla pul qazananlar da vergi odemelidir – Ekspert


[r32]
– xeber –
Onlayn mühitdə sahibkarlığın inkişafı üçün bu sahəyə insanların cəlb edilməsi, həvəsləndirilməsi, sahibkarlığın inkişafı üçün ilkin investisiyaların ayrılmasına ehtiyac var.
Bu sözləri Axar.az-a açıqlamasında Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.
O bildirib ki, Azərbaycan Respublikasının qanunvericiliyinə görə, gəlir varsa, həmin sahədə vergi ödənilməlidir:
“İstər onlayn, istərsə də oflayn mühitdə bu, belədir. Onlayn mühitdə gəlir gələn sahələr əsasən Feysbuk, bloqlar, Yutub, İnstaqram və s. ola bilər. Buradan qazanılan pulun həcmindən asılı olmayaraq, bu sahələr vergiyə cəlb oluna bilər. Artıq yeni qanuna əsasən Yutub videohostinqi vasitəsilə əldə edilən gəlir sahibkarlıq fəaliyyətindən əldə olunan gəlir hesab olunmaqla gəlir vergisinin vergitutma obyektini təşkil edəcək. Doğrudur, burada heç bir qeyri-qanuni hal yoxdur. Ancaq məsələ burasındadır ki, onlayn mühitdə sahibkarlığı inkişaf etdirməmiş bu sahələrin vergiyə cəlb olunması o qədər də doğru addım sayılmır”.
O.Gündüz onlayn rəqəmsal mühitdə sahibkarlığın inkişafı üçün mühitin daha əlverişli hala gətirilməsi ilə bu sahələrin vergiyə cəlb olunması prosesinin paralel şəkildə aparılmalı olduğunu bildirib:
“Yəni hansısa fiziki şəxsin öz gücü hesabına qazandığı pulun həcmi də təbii ki, az olacaqdır. Amma bu sahəyə daha çox insanların təşviq olunmasına nail olunsa, bu sahə həm inkişaf etdiriləcək, həm də bu sahədən daha çox gəlir götürüləcək. Onlayn mühitdə həvəsləndirici tədbirlərin görülməsinə böyük ehtiyac var. Məsələn, bu sahəyə dövlət tərəfindən investisiya qoyulması, dijital mühitdəki sahibkarlara müəyyən subsidiyaların verilməsi, güzəştli şəraitin yaradılması daha məqsədəuyğundur. Nəzərə almaq lazımdır ki, oflayn mühitdə sahibkarlığa nəzarət daha çətin olur. Ancaq onlayn mühitdə olan sahibkarlığa həm nəzarət asandır, həm də bu sahədə əlaqələri genişləndirmək, daha çox gəlir əldə etmək üçün şərtlər daha məqsədəuyğundur. Buna görə də insanları bu sahədə sahibkarlığa həvəsləndirmək lazımdır”.
Qeyd edək ki, Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən rezident vergi ödəyicisinin Yutub videohostinqi vasitəsilə əldə edilən gəliri sahibkarlıq fəaliyyətindən əldə olunan gəlir hesab olunmaqla gəlir vergisinin vergitutma obyektini təşkil etdiyi və bu gəliri əldə edən fiziki şəxsin vergi orqanında vergi uçotuna duraraq müvafiq qaydada üzərinə düşən vergi öhdəliklərini yerinə yetirməli olduqları bildirilib.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org